Həsəd və qeybət nə zaman günah sayılır?
![]() O zamana qədər ki, daxili həsəd xarici qeybət halına düşməmişdir, o zaman günah sayılmaz. Çünki, günah ancaq əmələ aid edilir. Qeybət və töhmət xarici rəftar növü olduğu üçün – günahdır. Günahın özü iki dəstəyə bölünür: ibadət və əxlaq günahlarına. İbadət günahı vacib ibadətlərdən boyun qaçırtmağa aid edilir. Ancaq əxlaqi günah o günahdır ki, ictimai xarakter daşıyır. Çünki başqa insanlarla rabitəyə təsir edir. Əxlaqi günah daha böyük təsirə malikdir. Çünki başqaları ilə rabitədə baş verər. İnsan bir başqasının arxasınca onun qeybətini edər, ona töhmət vurar. Bu əməli ilə onu narahat etmiş olar. O zaman ki, həsəd əmələ çevrilər – olar qeybət. Yəni, qeybətin kökü həsəddən gəlir. Əgər əməli olmazsa, hələ günah səviyyəsində olmaz. Sadəcə bir niyyət olar ki, Allah ona görə günah yazmaz. Beləliklə deyə bilərik ki, həsəd və qeybət o zaman günah hesab olunur ki, əmələ çevrilsin. Yəni, insan əməldə həsədi qeybətə, töhmətə, söz gəzdirməyə... çevirsin. Bu zaman həmin əməl günah sayılar və insanın axirətini məhv edər. Əlbəttə ki, əgər tövbə etmədən dünyadan gedərsə. Uca Allah bu mənfi xislətlərdən bizləri Özü qorusun! /Deyerler.org/ Oxşar xəbərlər
|