Gözəl əxlaq hər bir halda bəyəniləndirmi?
Mьəllif: Admin
Tarix: 8-07-2021, 23:36
Gözəl əxlaq hər bir halda bəyəniləndirmi?


Həzrət Peyğəmbər (s) buyurur: “Allahın ədalət tərəzisində heç bir şey gözəl əxlaq qədər ağır deyildir”.

Gözəl əxlaqın iki mənası vardır: ümumi və xüsusi.

Gözəl əxlaqın ümumi mənası odur ki, insan özünü bütün bəyənilən sifətlərlə bəzəyər.

Gözəl əxlaqın xüsusi mənası odur ki, insan gülərüz olsun, xoşrəftar olsun və başqaları ilə gözəl rəftar etsin.

İmam Sadiq (ə) xüsusi gözəl əxlaq barəsində buyurur: “Gözəl əxlaq odur ki, rəftarını mülayim edəsən, danşığını pakizə edəsən, qardaşını gülər üzlə qarşılayasan”.

Hədislərin əksər hissəsi gözəl əxlaqın ikinci mənasından bəhs etmişdilər.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, gözəl əxlaq – İslam dininin nəzərində zati dəyərə malikdir.

Möminlərlə olan gözəl əxlaq. Quran Peyğəmbərinin (s) bu sifətini mədh etmiş və buyurmuşdur: “Muhəmməd (s) – Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar”. (“Fəth” 29).

Bu ayə buyurur ki, müsəlmanlar bir-biri ilə xoşrəftar və mehriban olmalıdır. Şadlığında şadlanmalı və qəmində qəmgin olmalıdır.

Günahkarlarla olan əxlaq. Baxmayaraq ki, müsəlman gözəl əxlaqa malikdir və hamı ilə rəftarda gülərüz olmalıdır, ancaq günahkarkar bu cür rəftara layiq deyildirlər.

Onların nalayiq əməlləri qarşısında onlara gülmək lazım deyildir. Əslində müsəlmanın ilk işi onu pisliklərdən çəkindirmək və yaxşılıqlara dəvət etməkdir. “(İnsanları)

Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et.

(Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü, Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır”. (“Nəhl” 125).

Gözəl əxlaq qətiyyən yaltaqlanmaq demək deyildir. Çox təəssüf ki, bir çoxları gözəl əxlaqı yaltaqlanmaq ilə səhv salırlar. Zalım insanları mədh edir və tərifləyirlər.

İnsanlığın şəxsiyyətinə ləkə vururlar. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Nə zaman əxlaqsız insan mədh olunar, İlahi ərş titrəyər, Allah qəzəblənər”.

Gözəl əxlaqa – bəli, biganə olmağa isə yox. Dinimiz demir ki, nə olursa-olsun insanlara həmişə gözəl rəftar göstər və onların üzünə gül.

Buyurur ki, nə zaman onların pis əməllərini görsən – onlara nəsihət ver və doğru yola dəvət et, nəinki üzünə gülüb sükut et.

Gözəl əxlaqı möminlərə qarşı nümayiş etdirmək – bəyənilən əməllərdəndir. Küfr edənlərə və günahkarlara qarşı isə nəhy-əz-münkər və əmr-be-məruf etmək lazımdır. Çünki bu, dinimizin ən mühüm vacibatlarından biridir.

İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) bizə əmr etmişdir ki, günahkarlarla üzümüzü turşudan halda üzləşək”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031