Bizim dindən hansı gözləntilərimiz var?
Əqli cəhətdən bizim dindən üç gözləntimiz vardır:
1. Allahı tanımaq, onun mərifət yolunu tanımaq və Allaha pərəstiş etmək. 2. İnsanlığı təkmilləşdirən qayda və qanunlarla tanış olmaq. 3. İnsanlar və cəmiyyət arasında düzgün rabitələri tənzim etmək. Müqəddəs Quran bizlərə bu üç gözləntini verə bilir. Çünki Qurani-Kərim insana elə yol göstərir ki, əqli cəhətdən ən üstün yoldur. İmanlı insan üçün lazım olan ilk şey – Allahı tanımaqdır. Məsumlarımız (ə) buyurur ki, hər kim Allahı tanıyar, özünü tanımış olar. Özünü Allahın xəlqi bilər və Allahın başqa xəlqlərinə diqqət göstərər. O, nemətləri görməyə başlayar və ona görə Allaha pərəstiş edər. Mərifət yolunun məhz ibadətdən keçdiyini dərk edər. İnsanlığı tərəqqi etdirən qayda və qanunları özündə saxlayan Quran ilə tanış olar. Quran vasitəsilə Allahın halalını yerinə yetirər və haramından çəkinər. Nəfsini islah edər və tərəqqi yolunda irəliləyər. İslam dini – insanlar arasında olan rabitələrə böyük əhəmiyyət verən dindir. Həmişə müsəlmanlara tövsiyə edir ki, başqaları ilə mülayim və mehriban rabitədə olsun. Ədalətə riayət etsin və heç kəsin haqqını tapdalamasın. Hər kim bu üç gözləntinin cavabını tapa bilər və ona əməl edərsə, inkişaf edər və dindən faydalanmış olar. /Deyerler.org/ Oxşar xəbərlər
|