Gözəl əxlaqın insana dünya və axirət səmərələri
Gözəl əxlaqın dünya və axirət faydalarına diqqət edək.
Gözəl əxlaqın dünya faydaları: 1. Dostluq bağlarını möhkəm edər. Həzrət Peyğəmbər (s) buyurur: “Gülər üzlü olmaq dostluğu davamlı edər”. 2. İnsanın ömrünü uzadar. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, gözəl əməl və gözəl əxlaq diyarları abad və ömürləri uzun edər”. 3. Ruzini artırar. İmam Əli (ə) buyurur: “Ruzinin xəzinələri mülayim xasiyyətdə və gülər üzdədir”. 4. İctimai həyatını inkişaf etdirər. İmam Əli (ə) buyurur: “O qədər insan vardır ki, gülərüz olması ona üstünlük vermişdir”. 5. Həyatın çətinliklərini hamar edər. İmam Əli (ə) buyurur: “Hər kimin əxlaqı gözəl olarsa, həyat yolu onun üçün hamar olar”. Gözəl əxlaqın axirət faydaları: 1. Ali dərəcəyə nail olar. Peyğəmbər (s) buyurur: “Həqiqətən, bəndə öz gözəl əxlaqının sayəsində axirətdə ən uca məqamlara çatacaqdır – baxmayaraq ki, ibadəti zəif olsa belə”. 2. Hesabı asan edər. İmam Əli (ə) buyurur: “Əxlaqını gözəl et ki, Allah hesabını asan etsin”. 3. Günahların bağışlanması. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, gözəl əxlaq büdrəmələri əridər – necə ki, Günəş buzu əridər”. 4. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin behiştə getməsinin ən böyük səbəbi – İlahi təqva və xoş əxlaqdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|