Böyük arif Noxudəki ağanın qeybi bilməsinin əlamətdar nümunəsi
İntizam Kaşmiri ağa xətiblərdən biridir ki, nəql edir: “Bir gün Hacı Şeyx Həsənəli Noxudəkinin xidmətinə getdim və dedim: “Mənə elə tövsiyə verin ki, işlərimi genişləndirə bilim”.
Alim buyurdu: “Hər səhər Quran oxumaqdan, xüsusilə də “Yasin” oxumaqdan qafil olma. İnşəAllah, tövfiq əldə edərsən”. Mən evimə qayıtdım və hər səhər yol gedən zaman bu surəni oxumaqla məşğul oldum. Ancaq nəticə əldə edə bilmədim. Bir il sonra bayram vaxtı idi və mən Məşhədə getdim. Yağışlı bir gecədə işimlə əlaqəli olaraq alimlərdən birinin evinə getdim və gördüm ki, evdə yoxdur. Qərara aldım ki, Noxudəki ağanın yanına gedim və bu məsələni bir daha ondan soruşum. Mən Şeyxin evinə gəlib çatdım və gördüm ki, qapı bağlıdır və alim moizə edir. Mən də qapının arxasında əyləşib moizəyə qulaq asmağa başladım. Anidən alim möizəsinin mövzusunu dəyişdirdi və dedi: “Bəziləri məndən işlərinin genişləndirilməsi üçün tövsiyə istəmişdilər. Mən də Quran oxumağı söyləmişdim. Lakin üzü qibləyə dayanıb, təfəkkürlə Quran oxumaq əvəzinə, yol gedərək “Yasin” surəsini oxuyurlar. Sonra da mənim yanıma gəlib giley edirlər. Yağışlı gecədə başqasının evinə gedir və məqsədlərinə çatmırlar. Axirəti düşünüb mənim evimə tərəf gəlirlər. Bu ki, insafdan deyildir. Yaxşı olar ki, geri qayıtsınlar və hər səhər üzü qibləyə dayanan halda Quranı təfəkkür edərək oxusunlar. Əgər məqsədlərinə çatmasalar, o zaman giley etsinlər””. Böyük arif beləcə pərdə arxasında olan qeybi mövzuları bəyan etdi və mövzunun mahiyyətini çatdırdı. /Deyerler.org/ Oxşar xəbərlər
|