Dinim salamatmı qalacaq?
İmam Əlidən (ə) belə nəql olunur:
بَينَما رَسولُ اللّهِ (ص) آخِذٌ بِيَدي، ونَحنُ نَمشي في بَعضِ سِكَكِ المَدينَةِ، إذ أتَينا عَلى حَديقَةٍ، فَقُلتُ: يا رَسولَ اللّهِ، ما أحسَنَها مِن حَديقَةٍ! قالَ: لَكَ فِي الجَنَّةِ أحسَنُ مِنها. ثُمَّ مَرَرنا بِاُخرى فَقُلتُ: يا رَسولَ اللّهِ، ما أحسَنَها مِن حَديقَةٍ! قالَ: لَكَ فِي الجَنَّةِ أحسَنُ مِنها. حَتّى مَرَرنا بِسَبعِ حَدائِقَ، كُلّ ذلِكَ أقولُ: ما أحسَنَها! ويَقولُ: لَكَ فِي الجَنَّةِ أحسَنُ مِنها. فَلَمّا خَلا لَهُ الطَّريقُ اعتَنَقَني، ثُمَّ أجهَشَ باكِيًا. [قالَ: قُلتُ: يا رَسولَ اللّهِ، ما يُبكيكَ؟ قالَ: ضَغائِنُ في صُدورِ أقوامٍ لا يُبدونَها لَكَ إلاّ مِن بَعدي]. قالَ: قُلتُ: يارَسولَ اللّهِ في سَلامةٍ مِن ديني؟ قالَ: في سَلامةٍ مِن دينِكَ. “(Bir dəfə) Peyğəmbəri-Əkrəmlə (s) birgə əlimdən tutaraq Mədinənin küçələrinin birindən keçib, bir bağa çatdıq. Mən dedim: “Ey Allahın Rəsulu, necə gözəl bağdır!” Həzrət buyurdu: “Cənnətdə ondan gözəli sənin üçün hazırlanıb!” Sonra başqa bir bağın kənarından keçərkən, yenə dedim: “Ey Allahın Rəsulu, necə gözəl bağdır! Həzrət buyurdu: “Cənnətdə ondan gözəli sənin üçün hazırlanıb!” Bu minvalla biz yeddi bağdan keçdik və hər dəfə də mən “Necə gözəl bağdır!” – deyir, Həzrət də “Cənnətdə ondan da gözəli sənin üçün hazırlanmışdır!” – deyə cavab verirdi. Biz xəlvət bir yerə çatdıqda, Peyğəmbəri-Əkrəm (s) məni qucaqlayıb ağladı. (Mən dedim: “Ey Allahın Rəsulu, nə üçün ağlayırsınız?” Buyurdu: “Bir qrup sənə qarşı qəlbləri kin-küdurətlə dolu kəslər məndən sonra onu aşkar edəcəklər.”) Dedim: “Ey Allahın Rəsulu, dinim salamatmı qalacaq?” Buyurdu: “(Bəli,) dinin salamat qalacaq.” (“Əl-mənaqib”, İbn Şəhr Aşub, 2-ci cild, səh.220.) Maide.az Oxşar xəbərlər
|