Dinin bütün qanunları bir cümlədə
Mьəllif: Admin
Tarix: 25-07-2021, 22:03
Dinin bütün qanunları bir cümlədə
Ədalətin məqamı necədir? Ədalətin məqamı haqqında elə bu kifayətdir ki, Müqəddəs Quranda dəfələrlə adı çəkilmiş və zülmün əleyhinə olan bir əməl kimi tanıdılmışdır.

Misal üçün, Uca Allah Həzrət Peyğəmbərə (s) xitab edərək, buyurur: “Buna görə də (insanları) ona (həmin şəriətə) tərəf dəvət et, sənə əmr olunduğu kimi səbatlı ol, onların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma və de: «Allahın nazil etdiyi bütün kitablara iman gətirdim və mənə sizin aranızda ədalətli davranmaq əmr olunmuşdur.

Allah bizim və sizin Rəbbinizdir. Bizim əməllərimiz(in nəticəsi) bizə, sizin əməlləriniz özünüzə məxsusdur. Artıq (həqiqətlər aydınlaşdıqdan və sizin inadkarlığınız aşkar olduqdan sonra) bizimlə sizin aranızda mübahisə (etməyə) və dəlil (gətirməy)ə (ehtiyac) yoxdur. Allah (Qiyamət günü) bizim hamımızı bir yerə toplayacaqdır və hamının qayıdışı Ona tərəfdir»”. (“Şura” 15).

Eyni zamanda başqa ayədə buyurulur: “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) Məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. (“Nəhl” 90).

“Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir”. (“Nisa” 58).

“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır”. (“Maidə” 8).

Allahın Peyğəmbəri (s) buyurur: “Bir saat ədalətlə rəftar etmək – hər gecəsini ibadətlə məşğul olub, gündüzlərini oruc tutduğun 70 ilin ibadətindən daha üstündür. Hökumətdə bir saat ədalətsizlik etmək – Allah yanında 60 illik günahdan daha pisdir”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allah yanında ən sevimli bəndə və Qiyamət günü ona yaxın olan kəslər – adil rəhbərlərdirlər. Allah yanında ən mənfur və ən ağrılı əzabları dadan insanlar – zalım rəhbər və hakimlərdirlər”.

Peyğəmbərimiz (s) buyurur: “Ədalət – qoruyucu qalxan və və qalıcı behiştdir”.

Əbu Malik adlı bir nəfər nəql edir ki, İmam Səccada (ə) dedim: “Məni dinin bütün qanunlarından agah et”.

Həzrət (ə) buyurdu: “Haqqı demək, ədalətlə hökm vermək, əhdə vəfa etmək...”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031