Allahın varlığının bir neçə kəlmə ilə sadə sübutu
Bir nəfər İmam Sadiqin (ə) xidmətinə gəlir və Allahın varlığı barəsində suallar verməyə başlayır.
Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: “Ey Allah bəndəsi! İndiyə qədər gəmiyə minmisən?”. Deyir: “Bəli”. Buyurur: “Mindiyin gəmi heç sınıbdırmı ki, dənizin qaynayan dalğaların düçar olasan və yaxınlıqda nə başqa gəmi olar ki, sənə nicat verə bilsin, nə də mahir üzücü ki, səni xilas edə bilsin? Nicat yolu tamamilə üzünə bağlanar?”. Deyir: “Bəli. Bu cür hadisə başıma gəlmişdir”. Buyurur: “Həmin təhlükəli anda qəlbin həqiqi bir varlığa diqqət etdimi ki, sənə bu dəhşətli haldan nicat versin?”. Deyir: “Bəli”. Buyurur: “Həmin həqiqi varlıq – Qadir Allahdır. O, pənahsızların pənahıdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|