Qurban bayramının namazı
Qurban bayramının namazı Azan və İqamə oxunmadan niyyətlə başlayır. Qurban bayramı namazı iki rükət qılınır. Birinci rükətdə "Həmd" (Fatihə) və surədən sonra beş təkbir (Allahu Əkbər) deyilir və hər təkbirdən sonra bir qunut tutulur. Beşinci qunutdan sonra yenidən təkbir deyilib ruku və ikinci səcdə yerinə yetirilir. İkinci rükətdə isə "Həmd" və surədən sonra dörd təkbir deyilir və hər birinin arasında qunut tutulur. Sonuncu qunutdan sonra təkbir deyilib birinci rükətdə olduğu kimi, rüku və iki səcdə yerinə yetirilir. Yaxşı olar ki, Qurban namazı ucadan və üstüaçıq yerdə qılınsın. Birinci və ikinci Rükətdə "Həmd" surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə "Həmd" surəsindən sonra "Şəms", ikinci rükətdə isə "Əla" surəsi oxunsun. Qurban bayramı namazı Zülhiccə ayının onuncu günü qılınır. Yaxşı olar ki, bayram namazı gün üfüqdən qalxdıqdan sonra qılınsın. Niyyət istənilən dildə edilə bilər. Qurban bayramı namazının qunuqtunda istənilən duanı oxumaq olar (doğma ana dilində olsa belə). Amma bu dua oxunarsa, daha yaxşı olar. Qunut (Allahummə əhləl kibriyayi vəl əzəmə və əhləl cudi və-cəbərut və əhləl əfvi vər-rəhmə və əhlət-təqva və məğfirə. Əsəlukə bihəqqi hazəl yəumi əlləzi cəəltəhu lilmusliminə ida Və İl Muhəmmədin səllallahu ələyhi və alih zuxrən və şərəfən mə kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədə və ali Muhəmməd. Və ən tuxricəni min kuli suin əxrəctə minhu muhəmmədən və ali Muhəmməd. Sələvatukə ələyhi və alih. Allahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəl muxləsun və əuzu bikə mimmastəfzu minhu ibadukəl muxləsun.)-Ləm yəlid vəl əm yuləd və ləmyəkulləhu kufuvən əhəd. Qunutun tərcüməsi (Ey böyeklüyə və əzəmətə layiq olan Allah! Ey böyükluyə və bəxşişə layiq olan Allah! Ey güzəşt və mehribanlığa layiq olan Allah! Ey bağışlanmağa və günahların üstünü örtməyə layiq olan Allah! Müsəlmanlara bayram qərər verdiyin bu günün xatirinə ki, Muhəmmdəd və onun ailəsinə şərəf və böyüklük nəsib etdin. Muhəmməd və Onun ailəsinə salam və salavat göndər. Məni Muhəmməd və onun ailəsini daxil etdiyin hər bir xeyrə daxil et və məni Muhəmməd və onun ailəsini çıxardığın bütün pisliklıərdən çıxar. Ona və ailəsinə rəhmətin olsun.Allahım, tam ciddiyyətlə Sənə layiq olan bəndələrinin istədiklərini Səndən diləyirəm. Və Sənə layiq olan bəndələrin pənah gətirdiklərindən Sənə pənah gətirirəm). Qurban bayramı və fitr bayramı namazları eyni qaydada qılınır. Fərq yalnız onların niyyətindədir. Yaxşı olar ki, hər iki namaz uca səslə qılınsın. Qurban bayramı gecəsi məğrib və işa namazlarından sonra, habelə bayram günü sübh namazından sonra yaxşı olar ki, bu zikrlər oxunsun: (Allahu əkbər, Allahu əkbər, la ilahə illəllah vallahu əkbər və lillahi həmd, Allahu əkbər əla ma hədana)- (Allah böyükdür, Allah böyükdür, Allahdan başqa Allah yoxdur, Allah böyükdür, bizi hidayət edən Allaha şükürlər olsun. Allah böyükdür!). Bayram namazı zöhr namazına qədər qılınmalıdır, qılınmadıqda qəzasını yerinə yetirmək vacib deyil. Oxşar xəbərlər
|