İdarə işçiləri hansı keyfiyyətlərə malik olmalıdır? – İmam Əlinin (ə) mübarək nəzəri
Mьəllif: Admin
Tarix: 1-08-2021, 21:33
İdarə işçiləri hansı keyfiyyətlərə malik olmalıdır? – İmam Əlinin (ə) mübarək nəzəri
İdarədə işçilərinin hansı xüsusiyyətlərə malik olması barəsində İmam Əlinin (ə) mübarək tövsiyələrini bilmək hər kəsə dəyərli olardı.

İmam Əlinin (ə) nəzərinə görə, nümunəvi işçinin bu sifətləri olmalıdır:

1. İnsanlara xidmət etməlidir. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda buyurur: “Çəkin o şeydən ki, öz yaxşılığın ilə insanlara minnət qoyasan, ya etdiyin şeyləri böyük hesab edəsən, ya onlara vədə verəsən və vədənə əməl etməyəsən.

Minnət qoymaq – yaxşılığı aradan aparar, əməlini böyük hesab etmək – haqq nurunu söndürər, vədinə əməl etməmək – Allahın və insanların qəzəbinə səbəb olar”.

2. Məsuliyyətli olmaq. İmam Əli (ə) buyurur: “O şeyi ki, deyirəm – öz öhdəmdə bilirəm. Özüm ona riayət edirəm”.

3. Nizam və səliqə. İmam Əli (ə) buyurur: “Hər gün həmin günün vəzifə və işini yerinə yetir. Nizam-intizam insanların razılığına səbəb olar”.

4. Əmanətdarlıq. İmam Əlinin (ə) nümunəvi işçi üçün saydığı sifətlərdən biri də əmanətdarlıqdır. Hər kim əmanətdar olar – insanların etimadını qazanar və başqalarının məzəmmətindən uzaq olar.

5. Verilən vədlərə vəfalı olmaq. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda buyurur: “Nə zaman özünlə düşmən arasında qərar qəbul etdin, ona aman libası geyindirdin – əhdinə qarşı vəfalı ol. Öhdənə düşənə yaxşı şəkildə riayət et”.

6. Təşəkkür etmək və qədir bilmək. İmam Əli (ə) buyurur: “Heç bir zaman yaxşı əməl sahibi ilə pis əməl sahibi nəzərində eyni olmasın. Çünki (bu zaman) yaxşı əməl sahibləri yaxşı əmələ qarşı rəğbətsiz olarlar, pis əməl sahibləri pis işlərə təşviq olarlar. Onların hər birinə əməllərinə görə mükafat ver”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031