Behişt əhlinin 12 nişanəsi
Qurani-Kərimdə və hədislərdə behişt əhlinin nişanələri bəyan edilmişdir ki, onlara nəzər salaq:
1. İman. İnsana nicat verən ilk amil – imandır. İmanlı insan – behişt əhli olmağa ilk addım atmış insan olar. “İman gətirən və yaxşı işlər görən kəslər isə Cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 82). 2. Təqva. Behişt əhlinin başqa bir nişanəsi təqvadır. “Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin Cənnətdir”. (“Məryəm (s.ə)” 63). 3. Saleh əməl. İman və saleh əməl behişt əhlinin iki qanadıdır ki, onunla behiştə uçar. “Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı”. (“Maidə” 85). 4. Mücahidə və şəhadət. “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər)”. (“Tövbə” 111). 5. Havapərəstliyi tərk etmək. Behişt əhlinin başqa bir nişanəsi Allahdan qorxmaqları və nəfsani istəklərindən çəkinməkləridir. “Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, şübhəsiz, onun yeri Cənnətdir”. (“Naziat” 40-41). 6. Müsibətə səbir etmək. “Və onları etdikləri səbir müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır”. (“İnsan” 12). 7. Allaha və Rəsuluna itaət etmək. “Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur və nailiyyət!”. (“Nisa” 13). 8. Doğruluq və düzgünlük. “Allah buyurar: «Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!»”. (“Maidə” 119). 9. Özünü tərbiyə etmək. 10. İnfaq etmək. 11. İstiğfar etmək. 12. Namaza xüsusi əhəmiyyət vermək. Uca Allah bizlərə bu xüsusiyyətləri əta etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|