Bir xalis əməllə İmam Əlini (ə) görmək tofiqatı belə nəsib oldu
Əllamə Cəfəri İslam dininin ən böyük ariflərindən və alimlərindən olmuşdur. Alimin oğlu atasının xatirələrindən birini belə nəql edir: “1325-ci ildə atam hələ evlənməmişdi.
O il Həzrət Zəhranın (s.ə) təvəllüdü isti yay günlərinə düşmüşdü. Tələbələr istiyə görə öz hücrələrinə daxil ola bilmirdilər. Suya girib orada dərslərini oxuyurdular. Bu tələbələrdən biri çox zarafatcıl idi. Bir gün o, özü ilə bir şəkil gətirmişdi. Onu bir-bir tələbələrə göstərir və deyirdi: “Hər kim bu qadınla evlənsə, min il yaşayacaqdır. Əgər evlənmək istəməsə, İmam Əlini (ə) görəcəkdir”. Həmin zaman atam da tələbə idi və öz-özünə niyyət edir ki, Allahım, mən bu şəkli görmək istəmirəm, məni Əmirəl-möminin (ə) ilə görüşdür. Şəkli görmək növbəsi atama çatanda, atam görür ki, şəkil birdən-birə qaralmağa başladı. O, sudan çıxıb heç kəsin daxil ola bilmədiyi qaynar hücrəyə daxil olur və görür ki, ondan sonra üç nəfər hücrəyə daxil olur. Biri sağ tərəfində və biri də sol tərəfində əyləşir. Onların İmam Əli (ə) haqqında kifayət qədər məlumatları var idi. Atam bu ikisindən soruşur ki, qarşılarında dayanan şəxs kimdir. Deyirlər ki, o, İmam Əlidir (ə). Bundan sonra atam öz tələbə yoldaşlarının yanına qayıdır. O, öz yoldaşlarından soruşur ki, siz öz vüsalınıza çatdınızmı? Deyirlər ki, xeyr, bu, sadəcə bir zarafat idi. Atam deyir: “Ancaq mən öz vüsalıma çatmışam”. Və sonra olanları danışır. Tələbə yoldaşları bu sözləri eşidən kimi ağlamağa başlayırlar”. /Deyerler.org/ Oxşar xəbərlər
|