And içmək olar, ya olmaz?
Mьəllif: Admin
Tarix: 24-08-2021, 22:19
And içmək olar, ya olmaz?
“Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin.

Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın). Allah eşidən və biləndir.

Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir”. (“Bəqərə” 224-225).

Hər şey üçün Allaha and içmək və bu əmələ adət etmək – bəyənilməyən əməllərdəndir. Həmçinin hədislərimiz də bu həqiqəti təsdiq edir və buyurur ki, zərurət yaranmadan Allaha and içməyin.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Heç bir zaman Allaha and içməyin: istər doğru danışan olsun, istərsə də yalan. Çünki Sübhan Allah buyurur: “Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin””.

Uca Allah müsəlmana məhkəmə zamanı məzlum üçün şəhadət verən zaman and içməyə icazə verir. Qalan zamanlarda isə bu əməli kərahətli hesab edir.



/Deyerler.org/


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031