Həzrət Əzrayilin (ə) ürəyi yandığı 2 nəfər
Mьəllif: Admin
Tarix: 24-08-2021, 22:22
Həzrət Əzrayilin (ə) ürəyi yandığı 2 nəfər
Bir gün Həzrət Peyğəmbər (s) əyləşmişdi və Əzrayil (ə) o Həzrəti (s) ziyarət etmək üçün gəlir.

Həzrət (s) ondan soruşur: “Ey qardaş! Neçə min ildir ki, sən insanların ruhunu qəbz edirsən. Can alan zaman ürəyin kiminsə üçün yanıbmı?”.

Həzrət Əzrayil (ə) deyir: “Bu müddət ərzində ürəyim iki nəfər üçün yanmışdır:

1. Bir gün dəniz tufanlı idi. Dənizin dalğaları bir gəmini sındırdı və gəminin bütün sərnişinləri qərq oldular. Ancaq bir hamilə qadın nicat tapdı.

O, gəminin bir taxta parçasının üstündə əyləşdi və mülayim dalğalar onu sahilə gətirdi. Bu zaman bir oğlan övladı dünyaya gətirdi. Mən həmin qadının canını almağa vəzifələndirildim. Ürəyim o oğlan uşağı üçün yandı.

2. Şəddad, Adın oğullarından biri idi. Ad isə o kəs idi ki, Hud peyğəmbər (ə) onun qövmünü hidayət etməyə vəzifələndirilmişdi.

Şəddad uzun illər özü üçün böyük bağ inşa edir. Bütün sərvətini o behişti yaratmaq üçün sərf edir. Sütunlarını qızıldan edir.

Onu görməyə getmək istəyəndə isə atdan düşən zaman sağ ayağını yerə qoydu, sol ayağını hələ yerə qoymamışdı ki, Allah mənə onun canını almağımı əmr etdi.

O bədbəxt atla yer arasında ilişib qaldı və öldü. Ürəyim onun üçün yandı. Çünki bütün ömrünü bu behişti yaratmağa sərf etmişdi. Onu görmədən, ölüm onu yaxaladı.

Bu zaman Cəbrayil (ə) Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey Muhəmməd! Allah sənə salam göndərir və buyurur: “Əzəmət və cəlalıma and olsun ki, həmin uşaq elə Şəddad idi. Onu dənizdən Öz lütfümə görə götürdüm və anasız halda tərbiyə etdim. Padşahlıq məqamına çatdırdım.

Ancaq o, nemətə küfr etdi və təkəbbür etdi. Bizimlə müxaliflik bayrağını qaldırdı. Nəhayət bizim ağır əzabımız onu əhatə etdi ki, bəşər bilsin ki, biz kafirlərə möhlət vermirik. Onları boş buraxmırıq””.

“Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)I artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır”. (“Ali-İmran” 178).



/Deyerler.org/



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031