Zühurdan əvvəl xanımların vəzifəsi nədir?
İmam Zaman ağanın (ə.f) zühuru elə mövzulardandır ki, heç bir Əhli-Beyt (ə) davamçısı onda şəkk etmir və özünü müntəzir adlandırır. Bəs müntəzir olan xanımların vəzifəsi nədir?
1. Zühurdan əvvəl yaşayan qadınların vəzifəsi. Qadınlar da kişilər kimi cəmiyyətdə müəyyən mövqeyə malikdirlər. Həm siyasi və həm də ictimai səhnələrdə fəal iştirak edirlər. Qadınların zühurdan əvvəl ən böyük vəzifəsi – zühurun zəminələrini hazır etməkdir. Bunun üçün isə həm övlad tərbiyəsində və həm də cəmiyyətdəki fəaliyyətlərində özlərini müntəzir kimi aparmalıdırlar. 2. Zühur zamanı və sonra yaşayan qadınların vəzifəsi. Bu dövrdə yaşayan qadınlar da zühurun baş verməsində və sonrakı hadisələrdə fəal iştirak edəcəklər. Bəzi hədislərdə oxuyuruq ki, qadınlar da kişilər kimi, İmamın (ə.f) ətrafında toplaşan insanlar olacaqdır. Həzrətə (ə.f) beyət edəcəklər. İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, 300-dən çox insan qabaqcadan vədələşmədən bir yerə toplaşacaqlar. Onların arasında 50 nəfər qadın olacaqdır”. Başqa hədislərdə oxuyuruq ki, İmama (ə.f) qiyam amanı yardım edəcək qadınların sayları 7 min 800 nəfər olacaqdır. Dəccal zühur edən zaman qiyam edən kişilərin sayı 12 min və qadınları sayı 7 min 800 olacaqdır. Bu səbəbdən zühur zamanı yaşayan qadınlar Peyğəmbərin (s) besəti zamanı yaşayan qadınlara bənzədilmişdir. İmam Sadiq (ə) buyurur: “Həzrətlə birlikdə 13 qadın olacaqdır. Yaraları müalicə edəcəklər. Xəstələrə qulluq edəcəklər. Necə ki, Peyğəmbər (s) ilə birlikdə idilər”. Beləliklə, deyə bilərik ki, zühurdan əvvəl qadınların əsas vəzifəsi – müntəzir övladlar tərbiyə etmək və cəmiyyətdə zühurun zəminələrini hazır etməkdir. Zühur zamanı isə qiyamda iştirak edib İmama (ə.f) yardım etmək və qiyamdan sonra isə ədalətli nizamın təşkil edilməsində kişilər kimi müəyyən məsuliyyətləri öz üzərlərinə götürməkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|