İlahi hidayətin neçə növü var?
Mьəllif: Admin
Tarix: 2-09-2021, 23:07
İlahi hidayətin neçə növü var?
Əgər Müqəddəs Quran ayələrinə diqqətlə nəzər salsaq, görərik ki, İlahi hidayətin iki növü vardır: təkvini və təşrii.

Təkvini hidayət – ümumi hidayətdir ki, varlıq aləmində olan bütün canlılara şamil edilir. Allah hər bir canlının fitrətinə qoyduğu meyil sayəsində, onu hidayət edər və doğru yola yönəldər.

Qurani-Kərim bu haqda buyurur: “Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir. (Hər bir meyvə və toxumun yaradılacağı maddəyə tədricən həmin növün şəklini verib və sonra onları yaradılışlarında öz əlamət və xüsusiyyətlərinə tərəf yönəldib.

Həmçinin hər bir heyvanın nütfəsinə tədricən onun növünün şəklini verib və sonra onu qüvvələrinin tələbinə müvafiq olaraq yaradılışla hədəfinə doğru yönəldib. Ağıl sahiblərinə ümumilikdə pis və yaxşını dərk etmək qüvvəsi verib və sonra onları şəriət yolu ilə dinin maariflərinə tərəf istiqamətləndirib)”. (“Taha” 50).

“O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsil məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı). Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi”. (“Əla” 2-3).

Bu ayələrdən də göründüyü kimi, Allahın təkvini hidayəti ümumidir və hamıya şamil olur. Bəs təşrii hidayət nədir?

Uca Allah insanı ixtiyar sahibi olaraq xəlq etmiş və ona fikir və seçim azadlığı vermişdir. Bu, onun xilqətinə qoyulmuş sifətdir. İnsan muxtardır ki, öz yolunu özü seçsin.

Allah Təala insanın fitrətinə təkvini hidayətin toxumlarını qoymuşdur. O, bu hidayət sayəsində hidayətinin zəminələrinə hazır edə bilər. Ya da bu hidayətə göz yumaraq, heyvani hisslərinin ardınca gedə bilər.

Qurani-Kərimin ayələri bizə söyləyir ki, əgər Allah iradə etsəydi, insanı da mələklər kimi ixtiyarsız yaradardı. Ancaq Allah insanın qarşısına təkvini və təşrii hidayəti qoyaraq, onu azad buraxdı və hansı yolu seçməsinə qarışmadı.

Ona görə də təşrii hidayət dedikdə, insanın öz zəhməti və səyi sayəsində əldə etdiyi hidayət nəzərdə tutulur. Yəni, bu insan Allahın onun fitrətinə qoyduğu təkvini hidayətdən istifadə edərək və faydalanaraq, doğru yolun axtarışında olar və nəhayət ona çatar. O insan ki, öz seçimi ilə doğru yolda hərəkət edər, hidayət olunar. Əks halda süqut edər və kafir olar.

“Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031