Şad yaşayışa nail olmaq üçün 7 məsləhət
Mьəllif: admin1
Tarix: 5-02-2020, 11:09
Şad yaşayışa nail olmaq üçün 7 məsləhət
Bəzi ailələrdə insanlar mal və dövlətə çatan zaman elə məğrur və təkəbbürlü olurlar ki, şad olmağın mənası onlar üçün əvəz olur. Yerini başqlarını məsxərə etmək və təhqir etmək alır. İslam dini şadlıq və sevinc dinidir. Lakin müsəlmana rəva bilmir ki, özünü şad etmək üçün başqasını təhqir etsin. Ancaq dini təlimlərin sayəsində insan həqiqi şadlığı dada bilər.
Şad olmaqla bağlı bəzi tövsiyələr:

1. İlahi təqdirə razı olmaq. Həyatda xoşbəxt yaşamağın yollarından biri – İlahi təqdirə razı olmaqdır. İmam Əli (ə) buyurur: "Əgər İlahi təqdirə razı olmusunuzsa, həyatınız şirin olacaq”.

2. Dünyaya bağlılığı azaltmaq, həmçinin uzun arzulardan çəkinmək. O şey ki, insanı daha çox dünya ləzzətlərinə bağlayır, ardınca insana qəm və qüssə gətirər.

3. Xoşbəxt insan o insandır ki, Allaha təvəkkül edir və hər bir yaxşı işi Ondan bilir.

4. Müsbət təfəkkürə malik olmaq – xoşbəxtliyin rəmzidir. Mənfi düşüncəli insanlar hər zaman hər bir şeydə pislik axtararlar. Bu insanların gözündə bədbinlik eynəyi vardır. Lakin nikbin insanlar başqalarının səhvlərini görməməzliyə vurur və onlarla məntiqlə rəftar edərlər.

5. Mehribanlıq və sevgini bildirmək hər bir ailəyə xüsusi səfa və təravət gətirər. Nə zaman həyat yoldaşı işdən evə gəlsə, xanımı onu gülərüzlə qarşılayan zaman yorğunluğu aradan gedər. Qarşısına çay qoyar, xidmət edər. Və həyat yoldaşı təşəkkür edib deyər: "Sənin kimi həyat yoldaşına malik olduğum üçün Allaha şükür edirəm”.

6. Şad olmağın amillərindən biri də gülərüz olmaqdır. Belə ki, gülərüzlü olmaq kini aradan aparar və insanları bir-birinə yaxınlaşdırar.

7. İnsan həyatına sevinc qata bilən amillərdən biri də gəzməkdir. İnsan ruhunun gəzməyə ehtiyacı vardır. Sağlam əyləncələr insan ruhunu şad edər. Ona görə də Allah Təala səfər etməyi buyurmuşdur. İnsan bu zaman həm yeni təbiətlə tanış olur və həm də keçmişdəkilərin həyatından ibrət alır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930