Behişt əhlinin yediyi qidalar hansılardır?
Qurani-Kərim bizlərə behişt yeyəcəklərindən bəzisini tanıtmışdır ki, onlara işarə edək:
1. Meyvələr. Quranda behişt meyvələrinin on dördünün adı çəkilmişdir: xurma, üzüm, zeytun, əncir, nar, banan, kədu, xiyar... “Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər. Zeytun və xurma ağacı”. (“Əbəsə” 28-29). 2. Bal. “Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır”. (“Nəhl” 69). 3. İçəcəklər. “Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan (pak və halal) şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır. (Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!”. (“Muhəmməd (s)” 15). 4. Ət. a). Quş əti. “Və meyilləri çəkən quş əti ilə”. (“Vaqiə” 21). b). Dəniz heyvanlarının əti. “Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara-yara üzən görərsən”. (“Fatir” 12). Allah Təala bizlərə behişt nemətlərindən bəhrələnməyi nəsib etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|