Əhli-Beyti (ə) sevməyin göstəricisi nədir?
Məhəbbət – o hissdir ki, insanın qəlbində və batinində büruzə edər və onu bəzən eşq adlandırırlar. Bəs bizim Əhli-Beytə (ə) nə qədər məhəbbətimiz və eşqimiz vardır?
Əhli-Beyti (ə) sevmək – elə mühüm mövzulardandır ki, hətta Müqəddəs Quran belə bu haqda bəyanlarını vermiş və buyurmuşdur: “De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23). Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən heç kəsin imanı olmaz, məgər o halda ki, mən, övladlarım, atası, bütün insanlar onun üçün ən sevimli olsun”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, imanın göstəricisi – biz Əhli-Beyti (ə) sevməkdədir. Həzrət Peyğəmbəri-Əkrəm (s) başqa hədisdə buyurur: “Heç bir bəndənin imanı olmaz, məgər o halda ki, mən onun üçün özündən də sevimli olum. Mənim nəslim öz nəslindən daha sevimli olar. Mənim ailəm onun üçün öz ailəsindən daha sevimli olar. Mənim zatım onun üçün öz zatından daha sevimli olar”. Həzrət (s) bu iki nurani hədisdə imanın əsil şərtini Əhli-Beyti (ə) sevməkdə görür. Onu ən ali dərəcə hesab edir. İnsan adətən özünü hamıdan daha çox sevər. Sonra övladlarını və nəslini. Ancaq o zaman ki, insanın imanı ən ali dərəcəyə çatar – o zaman insan Əhli-Beyti (ə) özündən və nəslindən önəmli hesab edər. Bəli, imanın bu ali dərəcəsini eşq adlandırırlar. Bəs əməldə necə, Əhli-Beyti (ə) sevirikmi? İmam Baqir (ə) buyurur: “Ey Cabir! Mənim tərəfimdən davamçılarıma salamımı çatdır və onlara elan et ki, bizimlə Allah Təala arasında heç bir qohumluq əlaqəsi yoxdur. Hər kəs ibadət və bəndəlik yolu ilə Allah Təalaya yaxın olar. Ey Cabir! Hər kim ancaq Allaha itaət edər və bununla yanaşı bizə məhəbbət göstərərsə – bizim dostumuz və sevimlimizdir. Hər kim Allaha günah edər, bizim sevgimizin onun üçün faydası olmaz”. Ona görə də Əhli-Beyti (ə) sevməyin əməldəki ilk şərti – günahdan uzaq olmaqdır. İmam Əli (ə) buyurur: “Hər kim bizi istəyir – həm dediklərimizə əməl etməlidir, həm də əməl etdiklərimizə”. İkinci şərt budur ki, sevgi özünü əməldə göstərməlidir. İmam Sadiq (ə) buyurur: “İmam – o aydın dəlildir ki, Allah Təala ilə xilqəti arasında qərar tutar. Hər kim onu tanıyar – mömin olar. Hər kim onu inkar edər – kafir olar”. Yəni, hər kim İmamı (ə) tanıyar – o, mömin sayılar, əks halda kafir hökmündə gedər. Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, hər kim iman istəyir, kamal istəyir, hər kim təqərrüb istəyir – gərək Əhli-Beyti (ə) tanısın və onu sevsin. Əks halda bunları əldə etmək mümkünsüz olar. /Deyerler.org/ Oxşar xəbərlər
|