Məsum İmamın (ə) 5 ağır vəzifəsi
İmam Rza (ə) buyurur: “İmam – Allahın yerdəki və xəlq arasındakı əmini, bəndələrinə hüccəti, şəhərlərindəki canişini, Allaha dəvət edən və İlahi hərəmi müdafiə edəndir”.
Bu nurani hədisdə İmamın (ə) beş ağır vəzifəsinə işarə edilmişdir: 1. İmam – Allahın xəzinadarı və vəhyinin əminidir. Bütün dini əhkam və maarifin hafizidir. 2. İmam – Allah dininin aydın şahidi və canlı dəlilidir. 3. İmam – insanlar arasında Allahın rəhbəri və canişinidir. 4. İmam – əmr-be-məruf və nəhy-əz-minkərin, ümumilikdədinin təbliğçisidir. 5. İmam – Allah hərəmini düşmən hücumlarından müdafiə edər. Ona görə də belə bir insanın isməti və İlahi elmi olmalıdır. Allahdan başqası onu təyin edə bilməz. /Deyerler.org/ Oxşar xəbərlər
|