Evdən qıraqda geyim tərzi
Mьəllif: Admin
Tarix: 29-09-2021, 10:53
Evdən qıraqda geyim tərzi
İslam dini qadının camiədə iştirakı ilə müxalif deyil. Üstəlik, bəzən qadının cəmiyyətdə iştirakı zəruri olur. Ancaq qadınların camiədə iştirakından dolayı onların əmin-amanlıqda olması üçün xüsusi bir geyim nəzərdə tutulur.

İslamın böyük qadınlarının, xüsusilə də həzrət Zəhranın (ə) ənənəsinə diqqət etdikdə evdən qıraqda necə geyinməklə bağlı uyğun örnək tapmaq olar. Həzrət Zəhranın (ə) geyimi diqqəti cəlb edən deyildi və öz ardınca heç bir fəsada yol açmırdı.

Ayə

«يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ ذَلِكَ أَدْنَىٰ أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ»

“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (evdən çıxdıqda bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.” (“Əhzab” surəsi, ayə 59)

Hədis

قالَت فاطِمَة الزَّهراء (س): «خَيرٌ لِلنِّساءِ أن لايَرَينَ الرِّجالَ و لايَراهُنَّ الرِّجالُ»

Həzrət Fatimə (ə) buyurub: “Qadınlar üçün ən yaxşı odur ki, naməhrəm kişiləri görməsinlər və naməhrəm kişilər də onları görməsin.” (“Vəsailuş-şiə”, c. 20, səh. 67 və 232)

Ənənə

– Peyğəmbərin (s) qızı birinci xəlifə ilə münazirə etmək üçün məscidə daxil olduqda sən orada idin?

– Bəli, amma onunla camaat arasında pərdə çəkilmişdi. Ona görə də kişilər onu görmürdü.

– Elədir. Mənim zövcəm də o vaxt məsciddə idi. Deyir ki, Peyğəmbərin (s) qızı baş, boyun və sinəni örtən böyük məqnənin üstündən bütün bədəni örtən çarşab geyinmişdi. Onun ətrafını isə qadınlar dövrələmişdi və həzrət Zəhra (ə) məscidə onlarla birlikdə daxil oldu.

– Doğrusu, həzrət Zəhranın (ə) məqamı o qədər yüksəkdir ki, evdən eşiyə belə çıxmalıdır.

– Kaş, camaat Peyğəmbərdən (s) sonra onun şənini bilirdilər və hörmətini saxlayırdılar.

(“Ehticac”, c. 1, səh. 98)

Hekayə

– Xəstəxanada iş yoldaşlarından bəziləri hələ də hicabsız idi. Qohum-əqrəba arasında da bəzi qadınların hicabı yox idi. Amma Məhin həmişə hicabını qoruyurdu. Bəzən hicabına görə, hətta ona hörmətsizlik olunurdu. Deyirdilər ki, sənin bu qədər sadə olmağını, inqilabın təsiri altına düşməyini gözləmirdik. Bu nədir başına bağlamısan?

– Kaş, biləydim Məhin belə hərəkətlərlə qarşılaşanda necə cavab verir. Çünki mən də qohum-əqrəba arasında həmin problemlə üzləşirəm.

– Belə vaxtlarda deyirdi: “Mənim başqaları ilə işim yoxdur və hicabım üçün məqsədim var. Çünki mən hicabı sadəlik, yaxud nadanlıq üzündən deyil, ürəkdən qəbul etmişəm.”

(“Torpaq gəlini” kitabından iqtibas, səh. 34, Şəhid Mihən Danişyan haqda bir xatirə)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031