Həzrət Məsihin (ə) axırıncı Peyğəmbər (s) haqqındakı müjdələri
Mьəllif: Admin
Tarix: 30-09-2021, 11:48
Həzrət Məsihin (ə) axırıncı Peyğəmbər (s) haqqındakı müjdələri
Quran-Kərim buyurur ki, Həzrət Məsih (ə) öz zamanında axırıncı Peyğəmbərin (ə) gəlişindən xəbər vermiş və onun əlamətlərini tanıtmışdır.

Ancaq tərs olan Bəni-israyil milləti Məsihin (ə) verdiyi bu müjdəli xəbərlərə baxmayaraq, onu inkar etmişdilər. Onun etdiklərini isə sehr və cadu adlandırmışdılar.

Müqəddəs Quranda oxuyuruq: “Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (s) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd (s)) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir»”. (“Səff” 6).

Təfsirçilər buyurur ki, bu ayə Həzrət İsanın (ə) İncildə nəql olunan müjdəsinin xəbərini verir. Bu haqda İncil Yuhnanın 14, 15, 16-cı bölmələrində bəhs olunmuşdur. Bu İncildə Həzrət İsa (ə) özündən sonra gələcək Peyğəmbəri (s) tanıtmışdır ki, o, Xatəmül-ənbiyadır.

Həzrət İsa (ə) onu şəfaətçi adlandırmışdır. O, şəfaətçi haqqında buyurur: “Əgər siz məni sevirsinizsə, mənim əhkamımı saxlayırsınızsa, mən istəyəcəyəm ki, sizə başqa bir şəfaətçini göndərsin ki, əbədi olaraq sizinlə qalsın.

O, haqq və doğruluq ruhudur ki, dünya onu qəbul edə bilməyəcəkdir. Çünki o, (dünya) görmür və eşitmir. Ancaq siz onu tanıyırsınız. Çünki sizin yanınızda qalacaqdır və sizinlə olacaqdır”.

Başqa yerdə buyurur: “Mən bu sözləri sizə o zaman deyirəm ki, sizlərin aranızdayam. Ancaq o şəfaətçi ki, onu mənim adımla sizə göndərəcəkdir, sizə hər şeyi öyrədəcəkdir. Mənim sizə öyrətdiklərimi sizin yadınıza salacaqdır”.

Həzrət İsa (ə) İncilin 15-ci bölməsində buyurur: “Mən düz deyirəm ki, əgər mən getsəm, sizin üçün faydalı olacaqdır. Əgər mən getməsəm, o şəfaətçi gəlməyəcəkdir.

Ancaq əgər getsəm, onu sizin yanınıza göndərəcəyəm. O, gələn zaman sizləri bütün doğruluqlara tərəf hidayət edəcəkdir. O, özündən heç bir söz deməyəcəkdir.

Hər nə eşidəcəksə, onu deyəcəkdir. Sizə gələcəkdən xəbər verəcəkdir. Məni tərifləyəcəkdir. O, mənim haqqımda olanları biləcək və sizə xəbər verəcəkdir”.

Beləliklə deyə bilərik ki, Bəni-İsrayilin inkarına baxmayaraq, Məsih (ə) hələ öz dövründə Xatəmül-ənbiya haqqında məlumatlar vermiş və əlamətlərini söyləmişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031