Şeyx Bəhaiyə verilən sual
Mьəllif: Admin
Tarix: 30-09-2021, 21:46
Şeyx Bəhaiyə verilən sual
Böyük alimlərdən biri nəql edir: “Bir gün söhbət Şeyx Bəhayinin şərh yazdığı “Safi” təfsirindən düşmüşdü.

Mən bu təfsiri bəyəndiyimi söylədim və dedim: “Mərhum Şeyx bu şərhində çox sayda ibarələrdən istifadə etmişdir”.

Həmin gecə yuxuda gördüm ki, mənə deyirlər: “Şeyx Bəhayi bu hücrələrdən birindədir”.

Öz-özümə dedim ki, yaxşı oldu, gedib, alimi ziyarət edərəm. Hücrəyə daxil oldum və kiçik bədənli bir şəxsi gördüm ki, başına kiçik əmmamə taxmışdı.

Ona salam verdim və mənim cavabımı verdi. Şeyx başını aşağı salmışdı. Sükutu pozmaq üçün dedim: “Şeyx, sizə sözüm vardır”.

Başı aşağı halda dedi: “Nədir?”.

Dedim: “Bir mövzu vardır ki, sizə nisbət verirlər. Bu mövzu doğrudur, yoxsa həmin sözü sufilər sizə nisbət veriblər?”.

Dedi: “Hansı mövzunu?”.

Dedim: “Deyirlər ki, guya siz demisiniz ki, mənim bir aylıq mübarək Ramazan ayı qidam – Qurani-Məciddir”. (Yəni Quran oxumaq yeməyi əvəz edir)

Şeyx başı aşağı halda dedi: “Bəli, doğrudur, mən demişəm”.

Dedim: “Cənab Şeyx! Axı həkimlər deyir ki, insan üç gecə və gündüz yemək yeməzsə, ölər”.

Bu sözü deyən zaman Şeyx başını qaldırdı və dedi: “Adam ölməz...”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031