Xəstə möminə savab hansı hesabla yazılır?
Bir gün Həzrət Peyğəmbər (s) səhabələrinin yanında əyləşmişdi və səmaya baxıb gülümsəyirdi.
Orada olanlardan biri Həzrətə (s) sual verir: “Ya Rəsulallah! Bu gün sizi o halda gördük ki, başınızı səmaya qaldırmış və gülümsəyirsiniz?”. Həzrət Peyğəmbər (s) buyurur: “Bəli, doğrudur. Çünki yerə enən iki mələyə görə təəccüblənmişəm. Onlar Allah tərəfindən vəzifələndirilərək yerə eniblər ki, Allah bəndələrindən birinin əməllərini əməl dəftərinə yazsınlar. Ancaq o şəxsi ibadət yerində tapmayan zaman hər iki mələk göyə geri qayıtdılar. Allaha ərz etdilər: “Pərvərdigara! Sənin mömin bəndəni ibadət yerində tapmadıq. Əslində o, xəstə yatağında idi”. Bu zaman Allah Təala buyurur: “O zamana qədər ki, bəndəm Mənim pənahımda ibadət və başqa işlərdən gücsüz və xəstə haldadır, əməl və ibadətlərini sağlam olan zaman Mənə etdiyi ibadətlər kimi yazın. Həqiqətən, Mənə lazımdır ki, bəndəmə xəstə olan zaman da savab verim. Necə ki, o, sağlam olan zaman belə edirdim””. /Deyerler.org/ Oxşar xəbərlər
|