Dəyəri olan infaqın şərtləri hansıdır?
Mьəllif: Admin
Tarix: 2-10-2021, 12:32
Dəyəri olan infaqın şərtləri hansıdır?
İnfaq – o əməllərdəndir ki, insanı təkamülə və səadətə çatdırar. İnsan verdiyi bu infaqla ruhunda olan rəzil sifətləri təmizləyər və Allah yanında böyük əcr qazanar.

O kəs ki, Allah yolunda infaq edər – Allaha yaxınlaşmaq və Onunla rabitə qurmaq üçün fürsət əldə edər.

Dəyərli infaqın bəzi şərtləri vardır ki, infaq edən şəxs gərək onlara riayət etsin.

İnfaq xalis niyyət və halal ruzidən olmalıdır. İstər az olsun, istərsə də çox – bu cür infaq Allah tərəfindən qəbul olunar.

Mərhum Ayətullah Seyyid Əbulhəsən təhsilinin ilk illərində maddi cəhətdən çox ağır vəziyyətdə idi. O həddə imkansız idi ki, bir kitabı oxuyub qurtarandan sonra onu satmağa məcbur olurdu.

Onun pulu ilə yeni kitab alırdı. Onun bu yoxsulluğu təhsilinə mane olmadı. Təəccüblüsü buradadır ki, özü yoxsul olduğu halda, başqalarına maddi yardım göstərir və onları özündən üstün hesab edirdi.

Uca Allah bu cür infaqı ən gözəl infaq hesab edir. Seyyid Əbulhəsən İsfahani bir gün maddi çətinliyinə görə yorğanını yorğan tikənlərə satır və bu zaman bir nəfər onun yanında imkansızlığından şikayət edir.

O, həmin şəxsə deyir ki, yorğan tikənin yanına get və onun yanında olan pulu götür ki, sən məndən daha çox ehtiyaclısan.

Baxmayaraq ki, özünün həmin pula ehtiyacı var idi, ancaq belə olan halda, həmin pulu başqasına verir. Bu, həqiqi infaq və fədakarlıqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031