Kəbə evinə ilk pərdəni kim çəkmişdir?
Mьəllif: Admin
Tarix: 2-10-2021, 12:34
Kəbə evinə ilk pərdəni kim çəkmişdir?
Həzrət İsmayil (ə) Həzrət İbrahimin (ə) və Həcər xanımın oğludur ki, peyğəmbər məqamına malik olmuşdur.

O, ailəsi ilə birlikdə Məkkədə yaşayırdı. Hər il həcc mövsümündə xüsusi rola malik idi. Bir peyğəmbər (ə) kimi insanları doğru yola hidayət edirdi.

O zaman Kəbə evinin pərdəsi yox idi. Həzrət İsmayil (ə) və atası tərəfindən sadə daşlardan inşa edilmişdi.

Həzrət İsmayilin (ə) Kəbənin kənarında evi var idi. Bir gün həyat yoldaşı təklif etdi ki, Kəbə evinin iki tərəfinin üzərinə pərdə çəksinlər.

İsmayil (ə) da bu təklifi qəbul etdi. Həyat yoldaşı pərdələri hazırladı və onlar Kəbə evinin iki tərəfinə pərdə çəkdilər.

Sonra həyat yoldaşı təklif etdi ki, yaxşı olar bütün Kəbə evinin üzərinə pərdə çəksinlər. İsmayil (ə) bu təklifi də qəbul etdi.

O gündən bəri Kəbə evinin üzəri pərdə ilə örtüldü və bu adət indiyə qədər də davam etməkdədir.

Həzrət İsmayil (ə) ov və çobanlıq edərək ailəsinin ehtiyacını təmin edirdi. Kəbə evinin üzərinə örtülən ilk pərdə onun saxladığı qoyunların dərisindən olmuşdur.

Uzun illər atasından xəbər ala bilmir və nigaran qalır. Atasından uzaq olduğu üçün qəmgin olur. Həzrət Cəbrayil (ə) onun yanına gəlir və atasının Fələstində vəfat xəbərini ona verir.

Ona eyir: “Gərək səbir edəsən, atandan uzaq olduğun üçün münasib olmayan sözlər deməyəsən ki, Allahın qəzəbinə səbəb olsun”.

Cəbrayil (ə) İsmayilə (ə) deyir ki, sən də dünyadan gedəcəksən. Deyilənə görə, Həzrət İsmayil (ə) 137 və ya 180 il ömür sürmüşdür. Vəfat edən zaman onu anası Həcər xanımın qəbrinin yanında dəfn etdilər.

Həzrət İsmayil (ə) istəyir ki, peyğəmbərlik məqamı onun nəslinə nəsib olsun. Uca Allah da onun istəyini yerinə yetirir. Cəbrayil (ə) bu müjdəni ona verir. O, ömrünün son günlərində oğlanlarından birini çağırır və nübuvvət məqamını ona tapşırır.

Həzrət İsmayil (ə) İshaqdan (ə) tez vəfat etmişdir.

Allah Təala Qurani-Kərimdə Həzrət İsmayildən (ə) 12 dəfə bəhs etmişdir. Onu saleh, sadiq, gözəl xasiyyətli, Kəbə evinin inşasında atasına şərik kimi tanıtmışdır. (İslami saytlara istinadən)

“Və İsmail, Yəsə, Yunus və Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik. Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik”. (“Ənam” 86-87).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031