Zühuru tezləşdirmək üçün necə dua etmək lazımdır?
Hədislərin bizə verdiyi məlumata görə, fərəcin tezləşməsi üçün nə qədər çox dua etsək, bir o qədər zühuru tezləşdirmiş olarıq. Yəni, dua – zühurun tezləşməsinə təsir edən amillərdən biridir.
Ancaq bildiyimiz kimi, hər dua Allah dərgahında qəbul olunmur. Edilən dua gərək qəlbdən və ixlasla edilsin və həmin şəxs əməldə də öz istəyinə uyğun yaşasın. Bu dua həm zühuru tezləşdirər və həm də həmin şəxsin çətinliklərinin düyününü açar. İmam Zaman ağa (ə.f) İshaq ibni Yəquba buyurur: “Həqiqi fərəcin tezləşməsi üçün çoxlu dua edin. Sizin fərəciniz ondadır”. Hamımız yaxşı bilirik ki, İmam (ə.f) zühur etsə, bəşəriyyətin əzab və əziyyətləri sona çatacaq və azad insan kimi yaşaya biləcəklər. Onlara tərəf yönələn bütün fitnələr aradan qalxacaq və ədalətli bir cəmiyyətə sahib olacaqlar. Ancaq hələ ki, zühur olmayıb, insanlar əziyyət içində yaşamaqdadır. Ona görə də Məsumlarımız (ə) bizə tövsiyə edir ki, əgər İmamın (ə.f) gəlməsini istəyirsinizsə, onun fərəci üçün çoxlu dua edin və əməllərinizlə onu sevindirin. Onu qəzəbləndirən əməllərdən çəkinin. Ancaq bu zaman zühuru tezləşdirmiş olarıq. /Deyerler.org/ Oxşar xəbərlər
|