Həzrət Rəsulallahın (s) besəti başlananda, dünya necə idi?
Həzrət Peyğəmbərin (s) besət dövrü çox qarışıq və zülmə bürünmüş bir dövr idi. İki böyük imperatorlar bir-biri ilə uzun zaman idi ki, vuruşdular.
Ərəb yarmadasının halı isə bu iki imperatorluqdan daha pis vəziyyətdə idi. Allah Təala Öz Elçisini (s) yer üzünün ən çarəsiz millətinə tərəf göndərdi. Həzrət (s) də onları tez bir zamanda sahmana saldı – sanki kuzə düzəldən bir sənətkar kimi onlara doğru formanı verməyi bacardı. Bir-biri ilə döyüşən iki dövlət – İran və Roma dövlətləri idi. O dövrün tarixçiləri nəql edirlər: “Şahlar müharibəni kənara qoyub, eyş-işrətə batmışdılar. Millət isə başdan-ayağa fəsad içində idi. Roma dövləti də məhz buna görə süqut etdi”. Tarixçilərin əksər hissəsi Roma dövlətinin süqut etməsinin səbəbini əxlaqdan uzaq olmaqda və fəsada bulaşmaqda görürdülər. Həzrət Peyğəmbərin (s) besətindən əvvəl Ərəb yarmadası zülmətə və cəhalətə bürünmüş halda idi. İmam Əli (ə) bu dövrə işarə edərək buyurur: “Allah Təala Muhəmmədi (s) məbus etdi, o halda ki, siz ən pis dinə malik idiniz. Ən pis evlərdə yaşayırdınız”. Ərəblərin bəzisi bütləri xurmadan düzəldirdilər. Uzun zaman ona ibadət edirdilər. O zaman ki, quraqlıq oldu, öz bütlərini yeyirdilər. Ərəblər ilanları tutur və onları odda bişirib yeyirdilər. Bir-birini qarət etmək isə onlar üçün adi hala çevrilmişdi. Əllamə Seyyid Cəfər Murtəza buyurur: “Oğurluq, qarət, qəbilələr arası təəssübkeşliklər – ərəb insanının xüsusiyyətlərindən idi. Hətta qəbilələr özlərinə düşmən tapa bilməyəndə öz qohumlarına hücum edərdilər”. Muğeyrə nəql edir: “Bizim aclığımız əslində aclığa bənzəmirdi. Hətta biz dozanqurdu və ilan kimi heyvanlarla qidalanırdıq. Yer üzü bizim üçün ev idi. Dəvə və qoyunların dərisini soyub, onları geyinirdik. Dinimiz belə idi ki, bir-birimizi öldürək. Ərəblərin çoxu öz qızını diri-diri yerə basdırardı”. Belə bir zülmətli dünyada nurlu bir günəş ərsəyə gəldi ki, o da Xatəmül-ənbiya (s). O Həzrət (s) öz nuru ilə cahiliyyət zülmətini aradan apardı və insanlara insan kimi yaşamağı öyrətdi. Onlara nəinki əxlaqı, bir insanın yaşamalı olduğu bütün qanun və qaydaları öyrətdi. Həzrət Peyğəmbər (s) öz besəti ilə qaranlıq evləri İlahi nur ilə aydınlandırdı. /Deyerler.org/ Oxşar xəbərlər
|