Həzrət Salman qeybi xəbərləri alırdımı?
Mühəddis o kəsə deyilir ki, qeyb aləminin xəbərlərini bilir və insanlara çatdırır. Məsum olmayan insanlar arasında Salman Farsi bu məqama malik olmuşdur.
Cabir nəql edir: “Həzrət Peyğəmbər (s) buyurmuşdur: Hər bir ümmətin mühəddisi vardır və müsəlman ümmətinin mühəddisi Salmandır”. Sual verirlər ki, mühəddis kimə deyirlər? Həzrət (s) buyurur: “Mühəddis o kəsdir ki, insanların ehtiyacı olan şeyləri qeyb aləmindən onlara xəbər verir”. Soruşurlar ki, bəs bu, necə baş verir? Həzrət (s) buyurur: “Mühəddis mənim elmimdən və biliyimdən öyrənir və qəlbində toplayır””. Əbu Bəsir nəql edir ki, İmam Sadiq (ə) buyurur: “İmam Əli (ə) və Salman mühəddis idilər”. Sual verirlər ki, bəs mühəddisin nişanəsi nədir? İmam Sadiq (ə) buyurur: “Mələk gələr və onun qəlbinə ilham edər ki, bu cürdür”. Başqa hədisdə oxuyuruq: “İmam Sadiqə (ə) sual verirlər ki, Salmana kim ilham edirdi?”. İmam (ə) buyurur: “Allahın Rəsulu (s) və Əmirəl-möminin (ə) Salmana ilham edərdilər. Salmandan başqa heç kəs mühəddis deyildi. Çünki onlar ancaq Salmana hədisləri öyrətmişdilər. Ondan başqa heç kəs Allah elmini və sirlərini dərk etməyə qadir deyildi”. Bu hədislərdən görünür ki, Salman elmini ya Peyğəmbərdən (s), ya da İmam Əlidən (ə) əldə edərmiş, nəinki Məsumlar (ə) kimi Allahdan. /Deyerler.org/ Oxşar xəbərlər
|