Çox ruzidən daha yaxşısı nədir?
Mьəllif: Admin
Tarix: 11-10-2021, 10:17
Çox ruzidən daha yaxşısı nədir?
Bir gün Peyğəmbəri-Əkrəm (s) öz səhabələri ilə səhradan keçirdi. Bir dəvə saxlayan şəxsə rast gəldilər. Həzrət (s) bir nəfəri göndərdi ki, ondan süd istəsin.

Ancaq dəvə baxıcısı dedi ki, o süd ki, dəvələrin sinəsindədir – qəbilənin səhər yeməyidir. O, süd ki, qablardadır – onların şam yeməyidir.

Həzrət Peyğəmbər (s) buyurdu: “Allahım, mallarını, övladlarını çoxalt!”.

Sonra yola düzəldilər və bir çobana rast gəldilər. Həzrət (s) bir nəfəri göndərir ki, çobandan qoyunun südünü istəsin.

Çoban qoyunları sağdı və onlardan birini də tutub Həzrətin (s) xidmətinə göndərdi və dedi: “Əgər daha çoxunu istəyirsinizsə, sizə verə bilərik”.

Həzrət Peyğəmbər (s) buyurdu: “Allahım! Ona kifayət qədər ruzi ver”.

Səhabələrdən biri dedi: “Ya Rəsulallah (s)! Sizə heç bir şey verməyən biri üçün elə dua etdiniz ki, biz hamımız o cür duanı sevirik. Ancaq o kəs ki, sizin hacətinizi yerinə yetirdi, elə dua etdiniz ki, biz hamımız onu xoş qarşılamadıq”.

Həzrət (s) buyurdu: “O şey ki, az və kifayət qədər olar, qəlbi məşğul edən çoxluqdan daha yaxşıdır.

Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) kifayət qədər ruzi ver”.

Allahım, biz bəndələrinə kifayət qədər ruzi ver! Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031