Bu cür hicablılar behiştin iyini uzaq fasilədən belə iyləyə bilməyəcək
Axırəz-zamanda olan hicabın başqa zamanlarda olan hicabdan fərqi olacaqdır. Hər bir müsəlman qadın hansı zamanda olursa-olsun, hicaba riayət etməyə vəzifələndirilmişdir.
Ancaq zaman keçdikcə, bu mövzuda həddi aşmaq və ya təfrit etmək mümkündür, ancaq hicabı tərk etməkdən söhbət belə ola bilməz. O kəslər ki, Allahın buyurduqlarına ən çox əməl edərlər – onlar mömin adlanarlar. Müqəddəs Quran Qiyamətə qədər olan zaman üçün nazil olduğu üçün, axırəz-zamanda da qadınların hicaba riayət etməsi vacibdir. Çünki Qurani-Kərim hicabı vacib bilmiş və onu tərk edəni məzəmmət etmişdir. “Möminə qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar”. (“Nur” 31). Həzrət Peyğəmbər (s) buyurur: “Cəhənnəm əhlinin iki dəstəsini görmüşəm ki, bu zamanda hələ zühur etməyiblər. O qadınlar ki, geyiniblər, ancaq eyni zamanda paltarsızdırlar. Başlarını dəvələrin hülgüc dağları kimi edərlər. Onlar behiştə getməyəcəklər və behiştin iyini uzaq fasilədən belə iyləyə bilməyəcəklər”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Axırəz-zamanda mənim ümmətimdən elə qadınlar olacaqdır ki, geyimləri vardır, ancaq paltarsızdırlar. Başlarında Xorasan dəvələrinin dağları kimi bir şey olar. Onları lənətləyin ki, məlundurlar”. Həzrət Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq: “Axırəz-zamanda mənim ümmətimdə elə kişilər peyda olacaqdır ki, onların qadınları paltar geyinməklərinə baxmayaraq, (sanki) paltarsız olacaqlar. Başlarında arıq dəvələrin dağları kimi bir şey olacaqdır. Onları lənətləyin ki, onlar Allah rəhmətindən uzaqdırlar”. Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, axırəz-zamanda qadınların hicabı olsa da, əslində hicab olaraq sayılmayacaqdır. Yəni, paltarları o qədər nazik və dar olacaqdır ki, cisimlərini göstərəcəkdir. Başlarındakı hicabı isə o qədər qaldıracaqlar ki, dəvənin hürgücünə bənzəyəcəkdir. İslam dini bu geyimi hicab kimi qəbul etmir. Ona görə də bu qadınları çox mənfi durumda olan hesab edir. (Deyerler) Oxşar xəbərlər
|