Hövsələ nədir və necə olmalıdır?
Hövsələ bəyənilmiş bir xüsusiyətdir və əxlaqi fəzilət sayılır. Hövsələnin tərifində deyilir: Hövsələ qəzəbi yatızdırmaq və nəfsinə hakim olmaq deməkdir. Hövsələ xüsusiyyəti gərək səbir və vüqarla bir yerdə olsun. O şəxsdə ki, hövsələ xüsusiyyəti var, ona hövsələli deyirlər. Peyğəmbər (s) buyurur: “Hövsələli insan nübuvvət və peyğəmbərliyə yaxındır”. Hövsələ xüsusiyyəti hamı üçün gözəldir, ancaq bəzi yerlərdə bu vacibdir: 1) Alimlərdə bu xüsusiyyətin olması çox gözəldir. İmam Əli (ə) buyurur: “Hövsələ elmə zinət verər, hövsələnin kamalı - səbir və qəzəbini yatızdırmaqdır”. 2) O kəsin ki, intqam almaq qüdrəti vardır. Həzrət Əli (ə) buyurur: "O kəs hövsələli sayılır ki, intiqam almaq qüdrətinə malikdir, amma özünə hakim olur və intiqam almır". Deməli o kəs ki, səbirli və hövsələli olmasa, pis əxlaqlı, tünd və söyüş söyən bir insan olar. Əgər çalışsa ki, bu xüsusiyyəti israrla özündən uzaqlaşdırsın, xüsusilə də o zaman ki, əsəbidir, özünü kontrol edə bilsə - yavaş-yavaş səbrli və hövsələli olacaqdır. Hövsələsi olmayan insanlar zorla bu xüsusiyyəti əldə etmək istəyirlər, onlarda bu xüsusiyyət yavaş-yavaş yaranacaqdır. Onun üçün hövsələli olmaq adi hala çevriləcəkdir. Belə ki, o Həzrət (ə) buyurur: “Əgər hövsələn yoxdursa, özünü buna məcbur et, çünki o kəs ki, özünü hansısa qövmə oxşatmaq istəsə, yavaş-yavaş onlar kimi olacaqdır”. İmam Sadiq (ə) buyurur: “Əgər hövsələn yoxdursa, elə bil hövsələn var və özünü hövsələli apar”. (Ustad Hüseyn Ənsarianın dəyərli nəzərlərinə əsasən) Deyerler.org Oxşar xəbərlər
|