İbn Məsuddan “Vaqiə” surəsi haqda hədis
Abdullah ibn Məsud Peyğəmbərin (s) böyük səhabələrindən sayılır. O, həm də Quran qarisi kimi tanınır. İbn Məsud bir gün xəstələnmişdi. Xəlifə Osman ibn Əfvan onun ziyarətinə getdi.
Osman soruşdu: - Nədən şikayətin var? Abdullah ibn Məsud dedi: - Günahlarımdan. Soruşdu: - Nə istəyirsən? Dedi: - Allahın rəhmətini. Soruşdu: - İcazə verirsənmi sənin üçün təbib gətirim? Dedi: - Təbib Özü məni xəstələndirib. Soruşdu: - İcazə verirsənmi sənə hədiyyə təqdim edim? Dedi: - Ehtiyacım olan vaxt bunu əsirgədin. İndi, lazımım olmayan vaxt verirsən?! Osman dedi: - Əgər özün istəmirsənsə, övladlarına bağışla, qoy onların vəziyyəti yaxşılaşsın. İbn Məsud cavabında dedi: - Mən onlara tapşırmışam ki, “Vaqiə” surəsini oxusunlar. Çünki Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: “Kim Vaqiə surəsini hər gecə oxusa, heç vaxt möhtac olmaz.” Qaynaq: “Təfsiri Məcməul-bəyan”, c. 9, səh. 270 Oxşar xəbərlər
|