Allah nə dünya, nə də axirət işləri ilə məşğul olmayan sağlam işsiz insana nifrət edər
Mьəllif: Admin
Tarix: 24-11-2021, 21:29
Allah nə dünya, nə də axirət işləri ilə məşğul olmayan sağlam işsiz insana nifrət edər
“Elə ki asudə oldun, ibadətə çalış. Həvəslə Allahına tərəf üz tut.”[1]

Həzrət Muhəmməd (s) buyurur: “Qiyamət günü ən ağır sorğu- sual, işlərini başqaları (nökər, xidmətçi və s) görən, özü isə başçılıq edən kimsə ilə olacaqdır. İş görmək zəhmət və əziyyət olsa da işsiz dayanmaq fəsad və pozğunluğa səbəb olar.” [2]

“Allah nə dünya, nə də axirət işləri ilə məşğul olmayan sağlam işsiz insana nifrət edər.”[3]

“İki şey var ki, camaatın çoxunda fitnəyə (sınaq və ya fəsad) səbəb olar: sağlamlıq və asudəlik.”[4]

İmam Əli (ə) buyurur:

“Nəfsin istəkləri asudəlikdən baş qaldırar.”[5]

“Bil ki, dünya sınaq və çətinlik sarayıdır. Bu sarayda insanın elə asudə və bekar bir saatı yoxdur ki, qiyamət günündə onda həsrət yaratmasın.”[6]

“Necə də xoşdur ki, insanın özü ilə elə saatları, elə anları olsun ki, heç bir çəkindirən onu həmin anlardan saxlamasın.”[7]

“Əgər iş görmək zəhmət və əziyyətdirsə, daima işsiz qalmaq da fəsada və pozğunluğa gətirib çıxarar.”[8]

İmam Səccad (ə) (duada): “(İlahi!) Qəlblərimizi Səni xatırlamaqla hər bir yad etməkdən, dillərimizi Öz şükrünlə hər bir şükürdən, bədənlərimizi Özünə itaətlə hər bir başqa itaətdən qoru.

Əgər bir işdə bizimçün işdən asudəlik müəyyən etmisənsə, onu sağlam asudəlikdən et ki, ondan bizə heç bir günah çatmasın.

Bizdə məyusluq yaratmasın ki, pis əməlləri yazan mələklər günahların olmadığı boş əməl dəftəri ilə qayıtsınlar. Xeyir yazanlar bizə yazılan xeyir əməllərdən şad geri dönsünlər.”[9]

İmam Səccad (ə) (Məkarimul Əxlaq duasında): “İlahi! Məhəmməd və Onun ailəsinə salam göndər və məni məşğul edib (ibadət və bəndəliyindən) saxlayan işlərdən məni ehtiyacsız et. Məni sabah (qiyamətdə) barəsində sorğu-sual edəcəyin bir işə vadar et. Günlərimi naminə yaradıldığım məqsədin yolunda asudə et.”[10]

İmam Səccad (ə) (həmin duada): “İbadətdə keçən sağlamlıq və səhhəti, iffətlə müşayət olunan asudəliyi mənə ruzi buyur.”[11]

İmam Səccad (ə) (Ərəfə gününün duasında): “İlahi güc və qüdrətindən olan güclə, qüdrətlə Sənin sevdiyin şeyləri yerinə yetirmək üçün asudəçiliyin və Sənə yaxınlaşmağa səbəb olanların naminə çalışmağın dadını mənə dadızdır.

Mənə tərəf ərməğanlarından bir ərməğan göndər, ticarətimi xeyirli, dönüşümü ziyansız et. Məni Öz məqamından qorxut və Səninlə görüşə müştaq et.”[12]

İmam Kazim (ə): “Böyük Allah çox yatan bəndəyə nifrət edir. Allah bekar bəndəyə nifrət edir.”[13]


[1] İnşirah, ayə 7-8

[2] Tənbihul-xəvatir, c. 1, səh. 60

[3] Nəhcül-Bəlağənin şərhi, c. 17, səh.146

[4] əl-Kafi, c. 8, səh.152, hədis136

[5] Ğurərul-hikəm, hədis 9251

[6] Nəhcül-Bəlağə, məktub. 59.

[7] Ğurərul-hikəm, hədis 9684

[8] Biharul-Ənvar, c. 77,səh. 419, hədis 40

[9] Əs-Səhifətus-Səccadiyyə, səh.51, dua 11

[10] əs-Səhifətus-Səccadiyyə, səh. 81, dua 20

[11] əs-Səhifətus-Səccadiyyə, səh.87, dua 20.

[12] əs-Səhifətus-Səccadiyyə, səh. 200, dua 47

[13] Mən la yəhzuruhul-fəqih, c. 3, səh.169, hədis 635


www.ahliman.info
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031