Həzrət Rəsulullah (s): "Allah müsəlmanın malını müsəlmana haram etmişdir"
Həzrət Muhəmməd Rəsulullah (s) buyurur:
“Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər və tövbə edib götürdüyü malı sahibinə qaytarmayana qədər onları yaxşı işlər siyahısına salmaz.”[1] “Kimsə kimsənin torpağını nahaqdan qəsb edərsə, Allah-taalanı onunla qəzəblənmiş halda görüşər.”[2] “Qardaşının malını nahaq yerə almaq heç bir müsəlmana rəva deyil. Çünki Allah müsəlmanın malını müsəlmana haram etmişdir.”[3] İmam Əli (ə) buyurur: “Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının zaminidir.“[4],[5] İmam Sadiq (ə) haqsız yerə torpaq alıb orada ev tikənin hökmü haqda suala cavabından: “Evi viran olar və torpaq sahibinə qaytararlar. Zülmkarın alın tərinə və haqqı tapdalayana haqq yoxdur.”[6] İmam Əli (ə): “Başqasının icazəsi olmadan onun malını ələ keçirmək heç kəsə rəva deyildir.”[7] [1] Mustədrəkul-Vəsail, c.17, səh.89, hədis20823 [2] Kənzul-Ummal,hədis 30366 [3] Kənzul-Ummal,hədis 30343 [4] Seyid Rəzi deyir: “Bu kəlam Peyğəmbərdən (s) də rəvayət olunmuşdur. Sözlərin bir-birinə oxşaması təəccüblü deyil. Çünki, hər ikisi eyni çeşmədən qaynaqlanır və bir mənbədən çıxır.», [5] Nəhcül-Bəlağə, hikmət 240. [6] Vəsailuş-Şiə, c.17, səh.311, hədis 1 [7] Vəsailuş-Şiə, c.17, səh.309, hədis 4 (ahliman.info) Oxşar xəbərlər
|