Həzrət Peyğəmbərimiz (s) dəstəmaz almağın hikmətini izah edib
Mьəllif: Admin
Tarix: 5-12-2021, 11:22
Həzrət Peyğəmbərimiz (s) dəstəmaz almağın hikmətini izah edib
Mərhum Şeyx Səduq nəql edir: Həzrət Peyğəmbər (s) sübh namazından sonra gün boylanana kimi məsciddə oturar və camaatın suallarına cavab verərdi. Bir gün iki nəfər növbə tutub Həzrətə sual vermək istəyirdilər.

Həzrət birinçi şəxsə dedi: “Siz əvvəlcə gəlsəniz də öz növbənizi o birinə verməlisiniz. Çünki siz kərəm əhlisiniz.

Onun lazımlı bir işi var və tələsir. (Buradan da Həzrət növbədə durmağın ədəb qaydalarını öyrətmiş oldu) Mən sizin nə üçün gəldiyinizi deyim, yoxsa özünüzü deyirsiniz?”

Dedilər: “Ey Allahın rəsulu, siz deyin”.

Buyurdu: “Biriniz həcc məsələlərini, digəriniz isə dəstamaz işlərini öyrənmək üçün gəlmisiniz”.

Sonra Həzrət dəstamaz barədə danışmağa başladı: Dəstamaz almaq – üz və əlləri yumaq, baş və ayaqlara məsh çəkməkdir.

Üzü yumaq bu deməkdir: – İlahi, bu üzlə etdiyim hər günahı yuyuram ki, pak üzlə sənə ibadət edim və torpağa pak alın qoyum.

Əlləri yumaq – İlahi, bu əllərlə etdiyim günahları yuyub pak edirəm.

Başa məsh çəkmək – İlahi, zehnimdə dolaşan hər bir batil və xam xəyallardan başımı pak edirəm və o xəyalları özümdən uzaqlaşdırıram.

Ayaqlara məsh çəkmək – İlahi, pis yerlərə getməkdən özümü çəkindirirəm və bu ayaqlarla etdiyim hər günahdan özümü paklayıram.

Əgər bir kəs Allahın mübarək adını dilinə gətirmək istəyirsə, ağzını pak etməlidir. Məgər pak olmayan ağızla Allahın adını çəkmək olarmı? Ağızı su ilə məzməzə etmək və pak etmək lazımdır.[1]

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamətdə mənim ümmətim başqalarından daha nurlu və seçilmiş olacaqlar. Bu, onların dəstamazlarının təsirindən olacaq”.[2]

Namaz və digər ibadətlərdən ləzzət almamağımızın səbəbi onların hikmətləri ilə tanış olmamağımızdandır. İbadətdən ləzzət alanlar onu heç nəyə dəyişməzlər.

[1] «Mən la yəhzuruhul-fəqih» cild 2, səh. 202.

[2] «Bihar» cild 80, səh. 237.


(ahliman.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031