Allahın bərəkəti bu insanların vasitəsilə İslam ümmətinə nazil olar
Mьəllif: Admin
Tarix: 5-12-2021, 11:27
Allahın bərəkəti bu insanların vasitəsilə İslam ümmətinə nazil olar
Qurani-Kərimdə buyurulur ki, bəzi insanlar nuranidirlər. Onlar camaat arasında gəzərkən nur saçarlar.

Onların yol getməyi, danışıq və əməlləri, rəftarları nurdur.[1] Onlarla munis olan hər kəs Allahı xatırlayar. Çünki elə insanların söhbətləri «nə aldın?», «nə yedin?» olmaz. Onların sözü-söhbəti «o ayə hansıdır?», «bu hədis nə deyir?» qəbilindən olar.

Allah dostları susmazlar, danışarlar. Amma təklikdə susqun olarlar. Bu sükutları təfəkkür olar. Toplumda isə ya suallara cavab verərlər, ya da bir mövzudan danışarlar.

Həzrət Peyğəmbərin (s) iştirak etdiyi məclislər soyuq və ruhsuz olmazdı. Həzrətdən söz soruşardılar, o da cavab verərdi. Sual olmayanda isə Həzrət özü söhbət etməyə başlayardı.

Allah dostlarının dünyaya baxışı tövhid nəzəriyyəsi ilə olar. Onlar baxmaqla ibrət alarlar. İbrət götürmək pis sifətlərdən yaxşı sifətlərə keçmək deməkdir.[2]

Əgər bir kəs dünya hadisələri ilə qarşılaşdıqda özündə olan pis sifətlərdən yaxşı sifətlərə keçməsə, onun ibrət aldığını demək olmaz. O, sadəcə həmin hadisəyə tamaşa etmişdir.

Amma pis sifətlərdən yaxşı sifətlərə keçmişsə, o zaman ona «ibrət almışdır» deyərlər. İbrət ala bilən belə şəxslərin nəzəri də ibrətamiz olar. Onlar zikr əhli olarlar.

Dilləri haqqı deyər. Necə ki, Allah da hikmətlə dolu olan Quranı «zikr» adlandırır. Bu insanların nəsihət və təlimləri hikmət dolu olar, camaat arasında hərəkətləri də, bərəkət gətirər və ibrət aşılar.

Onlar insanın necə yaşamalı olduğunu öyrədərlər. Bu həm də Haqqın feyzinin cari olduğu yerdir. Allahın bərəkəti bu insanların vasitəsilə İslam ümmətinə nazil olar.

Onların həyatı hərəkət, xətləri bərəkət olar. Onların tam əksinə olaraq bəzilərinin həyatı və hərəkəti (sürünənlər kimi) qarınların üstə olar. Belələrinin bütün səyləri qarınlarına görə olar.[3]

İmam Rzanın (ə) sahabələrindən bir qismi Qumda olurdular. Onlardan biri Zəkəriyya ibn Adəm idi. O, İmam Rzaya (ə) bir məktub (ya da şifahi xəbər) göndərdi ki, Qum şəhərinin tanıdığım elm adamları, böyükləri, yaşlıları artığ dünyadan köçmüşlər, indiki cavan nəsli isə tanımıram,mənə icazə verin, Qumdan gedim.

İmama (ə) ona buyurdu: «Əsla! Sən Qumda qal. Çünki sənin vücudun Qum cammatı üçün bərərkətdir. Allah sənin bərəkətinə öz əzabını o xalqın üzərindən götürər, necə ki, atam Musa ibn Cəfərin (ə) məzarının bərəkətinə öz əzabını Bağdad əhlindən götürür».[4]

Bu, həyatı, yolu, tərzi bərəkət olan Allah dostlarının və alimlərinin məqamıdır.

[1]«Məgər ölmüş və sonra Bizim dirildərək, vasitəsilə insanlar arasında yol getdiyi bir nur verdiyimiz şəxs, zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir». «Ənam» surəsi, ayə122.

[2] «Kafi» cild 2, səh. 237, hədis 25.

[3]«Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi (ilan, balıq və digər sürünənlər) qarnı üstə sürünür, …» «Nur» surəsi, ayə 45.

[4] Zəkəriyya ibn Adəm – İmam Kazımin (ə) və İmam Rzanın (ə) böyük səhabələrindən olmuşdur. Şeyx Tusi kimi alimlər onun hətta İmam Sadiqin (ə) də səhabəsi olduğunu yazır. Zəkəriyyanın hədis elmi barədə kitabı da vardır. « İxtisas» səh. 87; «Bihar» cild 2, səh. 251.


(ahliman.info
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031