Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr
Mьəllif: Admin
Tarix: 13-12-2021, 10:38
Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr
Həzrət Muhəmməd (s) buyurur:

“Kim öz müsəlman qardaşına fırıldaq gəlsə, Allah bərəkəti onun ruzisindən götürər, həyatını xarab edər və onu öz halına buraxar.”[1]

“Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr və mələklər həmişə ona qarğış edərlər.”[2]

Kənzul-Ummal: Allahın Peyğəmbəri buğda kisəsinin yanından keçirdi. Əlini onun içinə saldı və barmaqlarına nəmişlik gəldi. Buyurdu: «Bu nədir, ey satıcı?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri. Ona yağış dəyib.» Həzrət buyurdu: «Niyə o hissəni üstə qoymamısan ki, camaat görsün? Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»[3]

İmam Əli (ə) (Ona iş görənlərdən birinə tövsiyyəsindən): “Həqiqətən də, ən böyük ümmətin xəyanətidir (yaxud ümmətə edilən xəyanətdir). Ən çirkin fırıldaq isə rəhbərlərin (və ya rəhbərlərə qarşı edilən) fırıldağıdır.“[4]

İmam Əli (ə) buyurur: “Xalqın dini işlərində onlara fırıldaq gələn Allahın və Onun peyğəmbərinin düşmənidir.”[5]

İmam Sadiq (ə): “Bizə qarşı fırıldaq işlədən bizdən deyil.”[6]

Əl-Kafi: İmam Kazim (ə) kölgədə (qaranlıqda) Şapur parçası satan Heşam ibn Həkəmin yanından keçdikdə buyurdu: “Ey Heşam! Kölgədə mal satmaq fırıldaqçılıqdır və alqı-satqıda fırıldaq rəva deyil.”[7]


[1] Biharul-Ənvar, c.76 , səh.356, hədis 30

[2] Kənzul-Ummal, hədis9501

[3] ət-Tərğib vət-Tərhib, c.2, səh.571, hədis 2

[4] Nəhcül-Bəlağə, hikmət 26.

[5] Ğurərul-Hikəm, hədis 8891

[6] əl-Kafi, c.5 , səh.160, hədis 1

[7] əl-Kafi, c.5 , səh.160, hədis 6


(ahliman.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031