Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simic və həris adamla məşvərət etmə ki…
“Öz Rəbblərinin çağırışına cavab verib namaz qılanlar və işləri öz aralarında bir-birilə məsləhətləşmək olanlar onlara verdiyimiz ruzidən bəxşiş edərlər” [1]
İmam Əli (ə) məsləhət-məşvərət etmək haqda buyurmuşdur: “Məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rəyi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır.” [2] “Məşvərət kimi (möhkəm) dayaq yoxdur.”[3] “Məşvərət etmək tövsiyə və təşviq olunmuşdur, Çünki məsləhət verənin rəyi (şəxsi qərəzlərdən) pak, məşvərət edənin nəzəri (şəxsi gərəzlər və mənfi istəklərlə) qarışmışdır.”[4] “Yalançı ilə məşvərət etmə. Çünki yalançı ilğım kimi uzağı sənə yaxın və yaxını uzaq göstərəcək.”[5] Həzrət Məhəmməd (s) buyurmuşdur: “Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simic adamla məşvərət etmə ki, səni məqsədindən çəkindirər. Həris adamla məşvərət etmə ki, hərisliyi sənin nəzərində gözəl göstərər.” [6] İmam Sadiq (ə) buyurmuşdur: “Məşvərət onun dörd həddindən qeyri bir halda baş tutmaz: birinci hədd budur ki, məşvərət etdiyin ağıllı olsun, ikincisi azad və dindar olsun, üçüncüsü dost və qardaşcanlı olsun. Dördüncü isə budur ki, öz şirrini ona deyəsən, o da özün bildiyin qədər həmin sirdən agah olsun və onu gizlətsin, heç kəsə deməsin.”[7] “Məsləhət edənin haqqı budur ki, yol göstərməkçün bir fikrin varsa ona yol göstərəsən və bir məlumat olmasa da, bu sahədə məlumatı olanın yanına göndərəsən.” [8] “Kim öz (din) qardaşı ilə məsləhətləşəndə həmin adam ona xalis niyyətlə yol göstərməsə, Allah onun düşüncəsini əlindən alar.” [9] [1] Şura, ayə 38 [2] Nəhcül-Bəlağə, hikmət 211 [3] Nəhcül-Bəlağə, hikmət 54 [4] Ğurərul-Hikəm,hədis 3908 [5] Ğurərul-Hikəm,hədis 10351 [6] İləluş-Şəraye,səh. 559, hədis1 [7] Məkarimul-Əxlaq c.2, səh.98 , hədis2280 [8] əl-Xisal,səh. 590, hədis1 [9] əl-Məhasin, c.2, səh 438, hədis2521 (ahliman.info) Oxşar xəbərlər
|