İmam Əli (ə) özünə və xidmətçisinə paltar alması
Mьəllif: Admin
Tarix: 28-12-2021, 13:45
İmam Əli (ə) özünə və xidmətçisinə paltar alması
Rəvayət olunur ki, bir gün Həzrət Əli (ə) parca bazarına getdi. Bir kişiyə dedi ki, bu iki paltarı mənə sat.

Həmin kişi dedi: Ya Əmirəl-möminin, hər nə istəsən mənim varımdır.

Həzrət Əli (ə) bildi ki, satıcı onu tanıyıbdır. Buna görə də onun yanından gedib bir oğlanın dükanına girdi. Ondan iki paltar aldı, birini üç dirhəmə, o birisini iki dirhəmə. Sonra buyurdu: Ey Qəmbər[1] bu üç dirhəmlik paltarı sən geyin!

Qəmbər dedi: Bunu siz özünüz geyin, çünki, minbərə çıxıb xalq qarşısında moizə edirsiniz.

Həzrət buyurdu: Ey Qəmbər, sən cavansan, gərək yaraşıqlı paltar geyəsən. Əgər sənin paltarından qiymətlisini geysəm, Allah dərgahında xəcalət çəkərəm.

Rəsulullah (s) buyururdu ki, özünüz geydiyiniz paltarlardan qulamlarınız üçün də alın və özünüz yediyiniz yeməkləri onlara da yedizdirin.

Satıcı oğlanın atası gəldi. O, ərz etdi: Ya Əmirəl-möminin (ə) oğlum səni tanımayıbdır. O, səndən iki dirhəm artıq alıbdır!

Həzrət buyurdu: Bu iki dirhəmi mənə qaytarma, almayacağam. Çünki, nə o məni, nə də mən onu aldatmamışam, bu müamiləyə ikimiz razı olmuşuq.


[1] Qənbər Həzrət Əlinin (ə) xidmətçisi idi.


(ahliman.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031