Ayətullah Misbah Yəzdi: Din aliminə müraciət etmədiyindən dini vəzifələrində səhvə yol verən şəxsin Allah hüzurunda üzrü olmayacaq
Mьəllif: Admin
Tarix: 29-01-2022, 21:36
Ayətullah Misbah Yəzdi: Din aliminə müraciət etmədiyindən dini vəzifələrində səhvə yol verən şəxsin Allah hüzurunda üzrü olmayacaq
Ayətullah Misbah Yəzdi buyurur: Ağıl və fitrət tələb edir ki, insan bilmədiyi və mütəxəssis olmadığı sahələrdə həmin biliklərə sahib olan mütəxəssisə təqlid etsin.

Mütəxəssisin sözlərini qəbul etmək təbii bir ehtiyacdır. İstənilən bir millətdən, istənilən bir dindən olan düşüncəli insanlar cahilin alimə müraciətini qəbul edir.

Beləcə, bilmədiyimiz sahələrə ehtiyac duyduqda mütəxəssislərə üz tutur, onların biliklərindən faydalanırıq. Xəstələnən insan həkimə, ev tikmək istəyən insan mühəndisə, məhkəmə iddiası qaldırmaq istəyən şəxs vəkilə müraciət edir.

İstənilən bir sahədə cahilin, bilməyən şəxsin alimə müraciəti fitrət və ağılın tələbidir. Xəstəni məcbur etmək lazım deyil ki, o həkimə üz tutsun. Çünki o özü yaxşı bilir ki, xəstəlikdən yaxa qurtarmaq üçün həkimə müraciət olunmalıdır.

Yuxarıda deyilənləri nəzərə alsaq, aydın olar ki, dini vəzifələrini, şəri hökmləri bilməyən insanın uyğun sahədə mütəxəssislərə müraciət edib ehtiyac duyduğu məlumatı alması təbii bir addımdır.

Din sahəsində mütəxəssis müctəhiddir. Hətta ayə və rəvayətləri bir kənara qoysaq, müctəhidə təqlidi qəbul etməliyik və bilməliyik ki, belə bir müraciət cahilin alimə müraciətinin bir növüdür.

Hansı sahədə bilməyən insan bilənə müraciət etmirsə, səhvə yol verir və zərərə düşdükdə üzürlü sayılmır.

Düşüncə sahibləri ixtiyarında şəri məsələlərin açıqlandığı risalə olduğu halda bu risaləyə müraciət etməyib özbaşına addım atan və nəticədə xətaya yol verən fərdi məzəmmət edirlər.

Din aliminə müraciət etmədiyindən dini vəzifələrində səhvə yol verən şəxsin Allah hüzurunda üzrü olmayacaq.

Demək, ağıl və fitrətin tələbi olan alimə müraciət məsələsinə diqqətsizlik insan üçün problemlər yaradır. Alim həm şifahi, həm də yazılı şəkildə göstəriş verə bilər.

Əsas məsələ uyğun göstərişlərdən istifadədir.

Psixoloqlar və sosioloqlar insan həyatında təqlidin əhəmiyyəti mövzusunu çox araşdırmışlar. Onlardan biri də tanınmış qərb psixoloqu Qabriel Tarddır. Onun nəzərincə, insanı ictimailəşdirən, onu mədəniyyətlərə diqqətli edən əsas amil təqliddir.

Əgər təqlid olmasaydı insanın danışıq dili, yazı xətti olmazdı. Təqliddən imtina edən insan yazıb-oxumaq kimi misilsiz dəyərlərdən məhrum olar, öz əcdadlarının elmi və mədəni irsindən faydalana bilməzdi.

İş başına gələn istənilən bir nəsil, özündən əvvəlki nəslin təcrübələrindən faydalanmalı, öz ictimai həyatını nizamlamaq, ehtiyaclarını aradan qaldırmaq üçün onlara təqlid etməlidir. Demək, keçmiş irsin mənimsənilməsində aparıcı amil təqliddir.

Əgər öz həyatımızda ata-babalarımızın təcrübələrindən faydalanmasaydıq, onların məlumatlarından istifadə etməsəydik, hətta yemək və geyim kimi ehtiyaclarımızın təminində misilsiz problemlərlə üzləşərdik.

Axı keçmiş təcrübələrdən faydalanmadan xörək bişirmək, libas tikmək, ev tikmək necə mümkün olar?!

Bəşəriyyət təqliddən imtina etsəydi, hazırkı təkamüldən məhrum olardı. Bəli, keçmiş elmi, mədəni biliklərdən faydalanmanın ən əsas amili təqliddir.

Əlbəttə ki, bütün sahələrdə təqlidə üz tutmaq ifratçılıqdır. Biz düşünmürük ki, insanın formalaşmasında yeganə yol təqliddir. Hər halda yuxarıda sadalanan faktlar təqlidin qaçılmaz olduğunu göstərir.

Əgər insan təqlidi yanlış bir addım sayırsa, təbii ki, yerində sayasıdır. Əgər övlad ata-anasından danışmağı öyrənməsə necə olar?!

Müəllimdən yazmağı öyrənmək istəməyən insan necə savadlanar?!

Bəli, həyatın əksər sahələrində, o cümlədən, ölüm-qalım kimi zəruri nəticələrə aparacaq işlərdə təqlid etmək zəruridir. Əgər xəstə öz müalicəsində həkimə təqlid etmirsə öz həyatına düşmən kəsilir.
(ahliman.info)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031