Nə üçün öz İmamlarınızı (ə) məsum (günahsız) adlandırırsınız?
Mьəllif: Admin
Tarix: 22-02-2022, 11:18
Nə üçün öz İmamlarınızı (ə) məsum (günahsız) adlandırırsınız?
Cavab: Hamısı Peyğəmbər (s) Əhli-beytindən (ə) olan şiə imamlarının ismət və günahsızlığına dair çoxlu dəlillər vardır.

Biz onlardan birini qeyd edirik: Şiə və sünnü alimlərinin Peyğəmbəri Əkrəmdən (s) nəql etdiyinə görə o həzrət həyatının son anlarında belə buyurmuşdur:

اِنِّي تَارِكٌ فِيكُمُ الثَّقلَيْنِ كَتَابَ اللّهِ وَ اَهْلَ بَيْتِي وَ اَنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّي يَرِدَا عَلَيَّ الْحَوْضَ

“Mən sizin aranızda iki ağır və dəyərli əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı (Quran), digəri isə Əhli-beytimdir. Onlar qiyamət günü Kovsər hovuzunda mənə çatana qədər bir-birindən ayrılmazlar.” 1

Şübhəsiz, Qurani-Məcid hər növ səhvdən, xətadan və inhirafdan amandadır. İnhiraf və təhrif ilahi vəhyə necə yol tapa bilər, halbuki onu göndərən Allah, gətirən vəhy mələyi, qəbul edəni isə Peyğəmbəri Əkrəmdir?! (s)

Hər üçünün ismət və günahsızlığı gün kimi aydındır və bütün dünya müsəlmanları Peyğəmbəri Əkrəmi (s) vəhyi alıb qorumaqda və təbliğ etməkdə səhvdən amanda bilirlər.

Aydındır ki, Allahın kitabı belə əzəmətli ismətə malikdirsə Peyğəmbəri Əkrəmin (s) Əhli-beyti (ə) də hər növ səhvdən və sapmalardan amanda olacaqdır.

Çünki yuxarıda qeyd olunan hədisdə Peyğəmbəri Əkrəmin (s) itrəti ümmətə yol göstərmək, onları hidayət etmək məqamında Quranın bərabəri kimi təqdim edilmişdir.

Onların hər ikisinin yanaşı qeyd olunmasının hökmü ilə hər ikisi ismət məqamına malikdir. Başqa sözlə desək, məsum olmayan şəxs və ya şəxslərin Allahın kitabı ilə yanaşı qeyd olunmasının mənası yoxdur.

İmamların ismət məqamında olmasının ən aydın dəlili Peyğəmbəri Əkrəmin (s) öz buyurduğudur:

لَنْ يَفْتَرِقَا حَتّيَ يَرِدَا عَلَيَّ الْحَوْضَ

“Bu ikisi (ümmətə hidayət və rəhbərlikdə) Kovsər hovuzunun yanında mənə gəlib çatana qədər heç vaxt bir-birindən ayrılmazlar.”

Əgər Peyğəmbərin (s) Əhli-beyti (ə) günah və sapmalardan amanda olmasa və müəyyən hallarda xətaya yol verərsə onda xətanın yol tapmadığı Qurandan ayrılar və yolunu azar, halbuki Peyğəmbəri Əkrəm (s) bu məsələni (onların bir-birindən ayrılmasını) şiddətlə inkar etmişdir.

Əlbəttə Peyğəmbəri Əkrəmin (s) buyurduğu “Əhli-beyt” dedikdə məqsədi o həzrətin nəsəbi və səbəbi qohumları deyildir, çünki məlum məsələdir ki, onların hamısı sapmalardan amanda olmamışdır.

Deməli onun itrətindən olan xüsusi bir qrup bu iftixara nail olmuşlar və bu məqam və mövqe də onların yalnız xüsusi bir qrupuna aid edilmişdir.

Onlar tarix boyu ümmətin yolunu işıqlandıran, Peyğəmbər (s) sünnəsini və şəriətini hifz edən Əhli-beyt (ə) imamlarıdır.

1. “Müstədrək” (Hakim), 3-cü cüz, səh.148, “Əs-səvaiqul-muhriqə”, 11-ci bab, 1-ci fəsil, səh.149, bunun oxşar məzmunu “Kənzul-ummal” kitabının 1-ci hissəsinin “etisam bil-kitab vəs-sünnə” babında, səh.44-də, “Müsnədi Əhməd”in 5-ci cüzünün 182 və 189-cu səhifələrində və sair yerlərdə qeyd olunmuşdur.

Hazırladı: Ramin Əli Ahlibeyt.ge üçün.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031