Əsədullahul-Ğalib kimin ləqəbidir
Mьəllif: Admin
Tarix: 23-02-2022, 11:38
Əsədullahul-Ğalib kimin ləqəbidir
Əhli-Sünnə və şiə məzhəbinin bir sıra dini kitablarında İmam Əlinin (ə) ləqəblərindən birinin "Əsədullah" olduğu və bu ləqəbin ona Peyğəmbər (s) tərəfindən verildiyi qeyd edilib. (Əllamə Sibt ibn Cövzi, "Təzkirətul-Xəvas", s.23).

Buna əsasən o həzrəti (ə) din alimləri, ədiblər, şair və məddahlar "Əsədullah" (Allahın şiri) və ya "Əsədullahul-Ğalib" (Allahın qalib şiri) və ya "Əsədur-Rəsul" (Peyğəmbərin şiri) kimi vəsf etmişlər.

Hətta İmam Əlinin (ə) fəzilətlərini yazan bəzi alimlər kitablarının adında da bu vəsfdən istifadə ediblər. Məsələn,

Əhli-Sünnə alimlərindən birinin yazdığı bu kitab kimi:

نثر اللئالي من كلام امير المؤمنين وامام المتقين اسد الله الغالب علي بن ابی طالب

"Nəsrul-Ləali min kəlami Əmiril-Möminin və İmamil-Müttəqin Əsədullah əl-Ğalib Əli ibn Əbi Talib".

Və ya digər bir əhli-sünnə aliminin yazdığı bu kitab kimi:

فرحه القرى في اثبات قبر مولى المولى اسد الله الغالب امير المؤمنين علي بن ابي طالب كرم الله وجهه

"Fərhətul-Qura fi isbati qəbri movla, əl-movla Əsədullah əl-Ğalib, Əmirulil-Mominin Əli ibn Əbi Talib (kərrəməllah vəchəhu)".

Yenə də əhli-sünnə alimi İsamuddin əl-Umri dövrünün ədib və şairləri barədə yazdığı

الروض النضر في ترجمة أدباء العصر

"ər-Rovzun-Nəzr fi tərcuməti udəbail-əsr" adlı kitabında (c.2, s.118) Həsən ibn Əbdül-Baqi adlı şairin İmam Əlini (ə) ziyarət etməsini və bu barədə qəsidə yazmasını qeyd edərək Həzrəti (ə) belə vəsf edir:

ولصاحب الترجمة قصيدة لما قصد زيارة أمير المؤمنين، ونتيجة الموحدين، وإمام المتقين، وزين الأخبار المصطفين، زوج البتول، ابن عم الرسول، حضرة أسد الله الغالب، علي بن أبي طالب، رضي الله عنه وأرضاه، أنشأها بجواره...

"Tərcümeyi-halını yazdığımız bu şairin bir qəsidəsi də vardır ki, onu Əmiril-Möminin, nəticətul-müvəhhidin, imamul-müttəqin, zinul-əxbaril-mustəfin, zovcul-bətul, ibnu əmmir-rəsul, həzrəti əsədullahil-ğalib Əli ibn Əbi Talibin (Allah ondan razı olsun) ziyarətinə nail olduğu zaman yazmışdır...".

Müasir vəhabi-sələfi alimi Şeyx Məhəmməd Hisanın çap edilmiş dərsnaməsində Xeybər qalasının fəthi dərsində yazılıb:

وفي السنة السابعة انطلق النبي صلى الله عليه وسلم إلى يهود خيبر المجرمين الذي تحصنوا بحصونهم المنيعة المنيفة، إلا أن الله عز وجل قد فتح الحصون على يد أسد الله الغالب علي بن أبي طالب الذي قال عنه النبي يومها: (لأعطين الراية غداً رجلاً يحب الله ورسوله، ويحبه الله ورسوله، يفتح الله على يديه...

"Hicrətin 7-ci ili Peyğəmbər (s) qalalarına sığınmış cinayətkar Xeybər yəhudiləri üzərinə yürüş etdi. Allah-Taala həmin qalaları Əsədullahul-Ğalib Əli ibn Əbi Talibin əli ilə fəth etdi.

Hansı ki həmin gün Peyğəmbər (s) onun barəsində buyurdu: Sabah bayrağı elə bir şəxsə verəcəm ki, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir". (əd-Durus, Məhəmməd Həsun, c.127, s.6).

Fələstinli yazar və şair Cihad ət-Turbani "Tarixin axarını dəyişən 100 nəfər" adlı kitabında (s.196) yazır: ... O, peyğəmbərin əmisi oğlu, qızının əri, ... Xeybər qəhrəmanı, Hicrət gecəsinin fədayisi, Bədr və Ühüd döyüşlərinin iştirakçısı... O, bəşər tarixinin ən böyük qəhrəmanı...

Peyğəmbərlik evinin şagirdi, Məhəmməd ibn Abdullah (s) məktəbinin məzunu, fəqih imam, bəlağətli ədib, İslamın fədayisi, gülcü və rəhimli pəhləvan, ... Əsədullahul-Ğalib Əli ibn Əbi Talibdir."

Həmçinin İmam Zeynülabidin Əli ibn Hüseynin (ə) Şamda Yezidin sarayında özünü tanıtdırmaq üçün söylədiyi xütbənin bəzi nüsxələrində İmam Əli (ə) "Əsədullahul-Ğalib" kimi vəsf edilib ("Təsliyətul-Mucalis", c.2, s.395).

Müsəlman alimlərin qələmə aldıqları onlarla kitabdan yüzlərlə belə misallar göstərmək olar. Buna görə də burada sözümüzü Həzrət Peyğəmbərin (s) bir hədisi ilə tamamlayırıq.

Hicrətin 4-5-ci əsrlərində yaşamış Əhli-Sünnə alimi Hafiz Əhməd ibn Məhəmməd ibn Əli ibn Əhməd əl-Asimi "əl-Əsəlul-Müsəffa" adlı kitabında Ənəs ibn Malikdən rəvayət edir:

Həzrət Məhəmməd (s) buyurur: "Allah-Taala Həzrət Adəmi (ə) xəlq etməzdən 500 il əvvəl Ərşin altında belə yazılmışdı: "Muhəmməd Allahın rəsulu, Əli ibn Əbi Talib Allahın şiri (Əsədullah), Həsən və Hüseyn Cənnət cavanlarının ağalarıdırlar".

"Əsma və əlqabu Əmiril-Mominin Əli ibn Əbi Talib (ə)", Əli Əsğər Quçani, s.40.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031