Həzrət Məhdinin (ə.f) ömrünün uzun olması təəccüblü olmamalıdır
Mьəllif: admin1
Tarix: 23-04-2024, 12:24
Həzrət Məhdinin (ə.f) ömrünün uzun olması təəccüblü olmamalıdır

Hər bir müsəlman bilir ki, Allah hər şeyə qadirdir və istədiyi hər bir işi görə bilər. Kifayətdir ki, İlahi iradə həmin işə aid olsun və həmin işi görsün.

Allah bir iş görmək istəyən zaman sadəcə ona “ol” kimi bir iradə edər və həmin şey olar. Allahın Öz hüccətini sağ saxlaması və ömrünü uzun etməsi də heç birimizə təəccüblü gəlməməlidir. Çünki İlahi iradə belə olmasını zəruri bilir.

Bu günün elmi sübut edir ki, insan uzun yaşaya bilər. İnsan ömrü üçün müəyyən hədd qoymamışdır. Mütəxəssislər bu fikirdədir ki, əgər insana dəyən ziyanları aradan qaldıra bilsək, o, 200 il də yaşaya bilər. Bəzilərinin nəzərinə görə isə, insan 300 il ömür sürə bilər.

İnsan ona görə 80 il yaşayır ki, bədən üzvləri qocalır və sıradan çıxır. Əgər bəşər hüceyrə cürüməsinin qarşısını ala bilsə, o zaman insan ömrünü uzatmağa müvəffəq ola bilər.

Alimlər deyir ki, insan bədəninin quruluşu sonsuz olmaq qabiliyyətinə malikdir. Ona görə də bir insanın min il ömür sürməsi ehtimalı mümkün olan bir işdir. Alimlər bu sahədə çoxlu mütaliələr edir və araşdırmalarla məşğuldurlar.

Belə ki, bəzi həşəratların üzərində aparılan tədqiqatlar göstərmişdir ki, onların ömrünü 900 ilə qədər artırmaq mümkündür. Əgər bu işi bir gün insan üçün edə bilsələr, insanın ömrü 1000 ilə də çata bilər.

Tarixə nəzər salan zaman çox sayda insana rast gəlmək olur ki, uzun ömrə malik olublar və bu da onu göstərir ki, insanın uzun ömür yaşaması mümkün olan bir şeydir. Ona görə də İmam Zamanın (ə.f) uzun yaşaması mümkün olan bir şeydir.

Xacə Nəsrəddin Tusi yazır: “Həzrət Məhdinin (ə.f) uzun ömrü baş vermiş və həyata keçmişdir. Ona görə də bunu mümkünsüz hesab edənlər - cahildirlər”.

Əllamə Təbatəbai buyurur: “Vilayət ömrünün uzun olmasını inkar edə bilən heç bir əqli bürhan mövcud deyildir. Ona görə də uzun ömrü inkar etmək olmaz”.

Tövrata nəzər salan zaman uzun ömür sürmüş peyğəmbərlərin adlarına rast gəlmək olur ki, 300, 400, 600, 800, 900 il yaşamışdılar.

Bəli, Həzrət Məhdi (ə.f) də sağdır və Allahın izni ilə insanların arasında yaşayır. Bu, o Allahdır ki, atəşi İbrahim (ə) üçün gülə çevirmişdi, İsa (ə) və Xızr (ə) peyğəmbərləri sağ saxlamışdır.

İmam Sadiq (ə) buyurur: “Nəzərinizə təəccüblü gəlməsin ki, Allah Sahibi-Əmrin ömrünü uzun edəcəkdir. Necə ki, Nuhun (ə) ömrünü uzun etmişdi”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930