Dürüstlük unudulmuş bir dəyərdir
Mьəllif: Admin
Tarix: 19-03-2022, 22:35
Dürüstlük unudulmuş bir dəyərdir
Bu bəhsimiz səfa-səmimiyyət və dürüstlük haqqındadır. Bu, unudulmuş bir dəyərdir. Əvəzində yalan, saxtakarlıq və aldatma məşhurlaşıb. Peyğəmbər (s) və pak İmamlar (ə) səfa-səmimiyyət və dürüstlük haqqında çoxlu göstərişlər vermişlər.

Əmirəl-möminin (ə) də bir hədisdə "Dürüstlük", "əmanətdarlıq", “əhd-peymana vəfalı olmaq" və "sileyi-rəhim" kimi sifət və əməllər dindarların və dindarlığın nişanəsi hesab olunur:

«إِنَّ لِأَهْلِ الدِّينِ عَلَامَاتٍ‏ يُعْرَفُونَ‏ بِهَا صِدْقَ‏ الْحَدِيثِ وَ أَدَاءَ الْأَمَانَةِ وَ وَفَاءً بِالْعَهْدِ وَ صِلَةَ الْأَرْحَامِ وَ ...طُوبى‏ لَهُمْ وَ حُسْنُ مَآبٍ‏»

(Üsul-Kafi, c 2, s 226)

Yəni əgər kimsə dürüstdürsə, bil ki, o, müsəlmandır. Amma əgər səfa-səmimiyyət və dürüstlüyü yoxdursa, rəsmi müsəlman sayılmasına baxmayaraq, əsl müsəlman deyil. Başqalarını aldadan, kobudluq edən, hiyləgərlik edən, yalan danışan şəxs müsəlmanlığın əlamətinə sahib deyil.

İmam Sadiqin (ə) rəvayətinə görə, göndərilmiş bütün peyğəmbərlər düzlük və əmanətdarlıq planı ilə göndərilmişlər:

«إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ لَمْ يَبْعَثْ نَبِيّاً إِلَّا بِصِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِر»

İmam buyurur: "Allah-taala hər bir peyğəmbəri ancaq haqqı söyləməklə, yaxşıya və pisə əmanəti əda etməklə göndərmişdir." (Üsul-Kafi, c 2, s 104). Yəni, onlar həm özləri dürüst olublar və həm şəriət proqramlarında insanlara doğruluq və əmanətdar olmaları üçün güclü tövsiyələr ediblər.

Əhli-beytin (ə) hallarını tədqiq etdikdə görürük ki, onların ruhlarının dərinliklərində səfa-səmimiyyət və dürüstlük hökm sürmüşdür.

Odur ki, biz həqiqi müsəlman və Əhli-beyt (ə) davamçısı olmaq istəyiriksə, səmimi, dürüst və əmanətdar olmalıyıq. Həyatımızda ikiüzlülük olmamalıdır. İşdə, danışıq və hərəkətlərimizdə səfa-səmimiyyət və dürüstlüyün rəngi olmalıdır.

Səfa-səmimiyyət və dürüstlüyün müxtəlif növləri var:

Birinci növ: Allah qarşısında səfa-səmimiyyət və dürüstlüyümüz olmalıdır. Allahla səfa-səmimiyyət və dürüstük demək çətindir. O şəxs Allaha qarşı dürüstlük və səmimiyyətim var deyə bilər ki, "yalnız Sənə ibadət edirik və yalnız Səndən yardım diləyirik" cümləsini doğru demiş olsun. Yəni Tövhidi-əfali və Tövhidi-ibadiyə sahib olsun.

Tövhidi-ibadinin mənası odur ki, Allahdan başqa heç kəsə tabe olmayasan "إِیاكَ نَعْبُدُ". Tövhidi-əfali odur ki, Allahdan başqa həyatda heç bir şeyi və heç kəsi təsirli hesab etməyəsən «إِیاكَ نَسْتَعینُ».Yüz faiz cənnət əhli olan həqiqi müsəlman, o şəxsdir ki, "yalnız Sənə ibadət edirik və yalnız Səndən yardım diləyirik" cümləsini doğru demiş olsun.

İnsan nə vaxt səmimi və dürüst ola bilər? Tövhidi-əfali və Tövhidi-ibadi olduğu zaman olar. "Yalnız Sənə ibadət edirik" cümləsinin mənası Tövhidi-ibadi və "yalnız Səndən yardım diləyirik" cümləsinin mənası da Tövhidi-əfalidir.

Amma şeytana, nəfsə itaət edib, daxili və xarici şeytana itaət edib, namazda da "Yalnız Sənə ibadət edirik" desə, namazı düzgün olsa da, namazda böyük yalan danışıb!

Həyatda hər şeyi təsirli hesab edib, amma "yalnız Səndən yardım diləyirik" deyərsə, namazı düzgündür, lakin yalan danışıb, Allahla səmimi və dürüst davranmayıb. Beləliklə, bizdə olmalı olan ilk dürüstlük Allah qarşısında dürüstlükdür.

İkinci növ: Həzrət Peyğəmbər (s) və pak İmamlarla (ə) dürüst olmaqdır. Yəni bizim Əhli-beytə (ə) məhəbbətimiz həqiqi olmalıdır, iddia olmamalıdır.

Necə ki, biz İmam Əlini (ə) sonsuz dərəcədə sevirik və Həzrət Zəhraya (s) məhəbbət bəsləyirik, əməldə də Əmirəl-möminin (ə) və Həzrət Zəhraya (s) itaət etməliyik. Həyatında günah olan, zalım, oğurluq edən, qeybət edən, böhtan atan və ya ləkələyən Yaxud hicaba riayət etməyən qadın Həzrət Zəhraya (s) sonsuz dərəcədə məhəbbət bəsləsıdə, dürüst deyil. Həqiqətdə, Həzrət Zəhraya (s) da əziyyət edib və onun qəlbini yaralayır.

Üçüncü növ: Evdə dürüstlükdür. Arvad ərinə, ər arvadına, ər və arvad uşaqlarına qarşı dürüst olmalıdır. Bütün ailə üzvləri evdə yalanın olmaması üçün diqqətli olmalıdırlar. Valideynlər, uşaqlarının dürüst və səmimi olmaları üçün çalışmalıdırlar.

Evdə fikir ayrılığı olan, bir-birinə yalan danışan, uşaqlarına yalan danışan valideynlər uşaqlarını da yalançı böyüdürlər. Günahı da valideynlərinin üzərindədir. Halbuki dürüstlük fitri bir işdir. O mənada ki, uşağınız iki-üç yaşı olanda dürüstlüyün yaxşı olduğunun fərqinə varır.

İki və ya üç yaşlı uşaq sizə yalan danışdıqda, rəngi dəyişir. Diqqət etsəniz, düz, yoxsa yalan dediyini başa düşəcəksiniz. Dürüstlük fitri bir işdir. Necə ki, rəzilə olan yalan fitri bir işdir.

Qurani-Kərim buyurur: "De: Şübhəsiz, ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur." (Zumər ayə 15)

Qiyamət günü ən çox müflis olanlar övladlarının vasitəsilə cəhənnəmə getməli olanlardır. onlar kimdir? Evdə yalan danışan insanların övladı yalançı olur. Atasının aldatdığını və anasının yalan danışdığını görən uşaq da yalançı tərbiyə olur. Qiyamət günü nadürüstlük, hiylə və ikiüzlülük etdiyinə görə cəhənnəmə gedəcək. Amma valideynləri də məsuliyyət daşıyırlar və cəhənnəmə gedəcəklər.

Həzrət Zəhra (s) dünya həyatının son günlərində Əmirəl-mömininə (ə) belə buyurmuşdur: "Mən həyatımda heç vaxt sənə yalan danışmamışam, sənə qarşı çıxmamışam və xəyanət etməmişəm." Əmirəl-möminin (ə) də onu təsdiq etmişdir.

Başqa bir rəvayətdə gəlib ki, Əmirəl-möminin (ə) də buyurub: "Allaha and olsun ki, mən Fatiməni (ə) vəfat edənə qədər qəzəbli və qəmgin etmədim. Fatimə də məni qəzəbləndirmədi və mənə itaətsizlik etmədi."

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031