İbrahimin (ə) məqamı və Quranda İslamın dərəcələri
![]() İslam sözü Quranda İbrahim (ə) üçün işlədilir. Bəqərə surəsinin 127 və 128-ci ayələrində oxuyuruq: "Və (yada salın) o zamanı ki, İbrahim və İsmail evin (Kəbənin) təməlini ucaldırdılar (və deyirdilər): "Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən sənsən." "Ey Rəbbimiz, bizi Özünə təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim ibadət əməllərimzi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!" Bu və bu kimi ayələrdə İslam ilahi əmrlərə və Allahdan gələnlərə mütləq təslim olmaq deməkdir. Allahın əmrlərini yerinə yetirməkdə Allaha təslimiyyətin müxtəlif dərəcələri vardır. İslamın ən aşağı dərəcəsi, Allahın birliyinə və digər ilahi təlimlərə inamı ifadə etməkdir ki, ona şəhadəteyn deyirik. Amma bu ayələrdə İbrahimin İslamının mənası daha yüksəkdir. Allaha elə təslim olmaq deməkdir ki, insan özünü heç bir şeyin maliki hesab etməsin. Allahı hər şeyin və hətta öz varlığının həqiqi maliki kimi tanısın. Bu halda Allahın iradəsi onun iradəsi olacaq və bütün səyləri Allahın rizasını qazanmaq üçün olacaq. Maraqlıdır ki, Quranın "Ey iman gətirənlər...", "Ya Peyğəmbər..." və sair kimi müxtəlif xitablarla deyilən ayələrin arasında bir çox ayələr də "Ey camaat ... " xitabı ilə başlayır. Bu, göstərir ki, bu vəhy kitabı konkret bir irq, qəbilə və ya qrupa aid deyil. Daha doğrusu, o, hamını öz ümumi dəvətinə çağırmış və onları bir olan Allaha ibadət etməyə, hər cür şirk və tövhiddən sapma ilə mübarizə aparmağa dəvət etmişdir. Mənbə: Əl-Mizan Fi Təfsiril-Quran kitabıdır ki, Əllamə Təbatəbai kimi tanınan Seyid Məhəmməd Hüseyn Təbatəbai tərəfindən yazılmışdır. Müasir dövrün ən dərin təfsirlərindən sayılan bu kitabın müəllifi Quran mətnindən başqa mətnlərə minimal istinadlarla digər ayələrdən istifadə edərək Quran ayələrini şərh etməyə çalışmışdır. Oxşar xəbərlər
|