"Bismillah"ın tərbiyəvi aspektləri
Mьəllif: Admin
Tarix: 9-04-2022, 12:03
"Bismillah"ın tərbiyəvi aspektləri
Quran təfsirçisi və "Nur təfsir"inin müəllifi Möhsin Qəraəti niyə dini təlimlərdə hər şeyə Allahın adı ilə başlamalı olduğumuz vurğulanır sualına belə cavab verib.

Hədisdə oxuyuruq: "Hər şey üçün "Bismillah" deyin, hətta süfrə başında belə yeməyin növünü dəyişsəniz, yenə "Bismillah" deyin." (Biharul-ənvar, cild 63, səh. 421).

Bir fabrikə diqqət yetirsəniz, bütün məhsullarına öz loqosunu vurduğunu görərsiniz. Məsələn, bir qab istehsal edən fabrik bütün kiçik və böyük qablarda, hətta qutularında və daşıma maşınlarında belə, öz adını və loqosunu vurur.

Həmçinin hər ölkənin bir bayrağı var. O bayraq həm idarə binalarında, həm həmin ölkənin müdürlərin masasının üstündə, həm də o ölkədən dünyanın müxtəlif yerlərinə gedən gəmilərində bu bayraq var.
Allahdan qorxan insanın da bütün kiçik və böyük əməllərində də Allahın adı və loqosu var.

Həzrət İbrahim (ə) buyurur: "Mənim namazım, ibadətim, həyatım və ölümüm aləmlərin Rəbbi üçündür." (Ənam surəsi, ayə 162).

Quran Peyğəmbərə (s) xitab edərək buyurur: "İşin əvvəlində Rəbbini yad et." (Ələq surəsi, ayə 1). "İşi bitirdikdən sonra Rəbbinin razılığı yolunda başqa bir işə başla." (İnşirah surəsi, 7-8-ci ayələr).

Qeyd edək ki, Möhsin Qəraəti (1945-ci il təvəllüdlü) 77 yaşı olan iranlı din xadimi və Qurani-Kərimin təfsirçisidir. O, 10 cildlik "Nur təfsir"ini yazıb. O, 40 ildən artıqdır ki, televiziyada "Quran dərsləri" adlı verilişdə çıxış edərək Quranın maarifini sadə və cəlbedici dildə bəyan edir. Möhsin Qəraətinin müxtəlif mövzularda 61 cildədək əsəri çap olunub.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031