Oruc tutanlar üç dəstəyə bölünür...
Mirza Cavad Ağa Məliki Təbrizi (rh) oruc tutanları üç dəstəyə bölür: 1. Ümumi oruc. Bu həmin fiqhi orucdur və oruc tutan yemək-içməkdən çəkinir. Bu surətdə oruc tutan əxlaqiyyata diqqət etmir. Bir qadın öz kənizini söyürdü. Peyğəmbər (s) onu öz yanına çağırtdırdı. Həzrət (s) su qabını ona uzadaraq su içməsini buyurdu. Qadın özünün oruc olduğunu dedi. Peyğəmbər (s) buyurdu: "Sən necə oruc tutmusan, halbuki, söyüş söyürsən". ("Mən la yəhzəruhu əl-fəqih", c. 2, səh. 438) Buyurdu: "Nə qədər çoxdur ac qalanlar, nə qədər azdır oruc tutanlar". Əmir əl-möminin Əli (ə) buyurur: "Hər kim yüksək məqama çatmaq istəsə, lakin bunun üçün çalışmasa, bu onun nadanlığının nişanəsidir". ("Ğurərul-Hikəm", səh. 435) 2. İkincisi xüsusi orucdur və bu orucda gərək təqva göstərəsən. "Bu ayda ən üstün əməl haramlardan çəkinməkdir". ("əl-Əmali", Səduq, ən-Nəss, səh. 48) 3. Xasdan xas oruc. Bu orucu tutanlar o kəslərdir ki, onların batinləri də orucdur. Allahdan qeyrisini öz batinlərinə buraxmırlar. Təkcə Allaha diqqət edirlər. Ramazan ayı insanın qəlbindən qapı açmaq üçündür. Əmir əl-möminin Əli (ə) buyurur: Əgər qəlb orucuna çatmadınsa, ən azından dilin oruc olsun. Qəlb o vaxt oruc olur ki, "Allaha məhəbbəti daha qüvvətli" olasan. Qəlbi fəth edən məhəbbətdir. Ustad Füruği Oxşar xəbərlər
|