Rahatlıq və çətinlik vəziyyətində ilahi imtahan
Mьəllif: Admin
Tarix: 30-04-2022, 11:56
Rahatlıq və çətinlik vəziyyətində ilahi imtahan
Elmi Hövzənin ustadı Ayətullah Möhsin Fəqihi Qurani-Kərimin bəzi ayələrinin təfsirində bu məsələyə toxunub. Onun çıxışından bir hissəni təqdim edirik:

Allah "Bəqərə" surəsinin 155-ci ayəsində buyurur: "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal,can və məhsulların azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver."

Bu ayədən istifadə olunur ki, insan üçün həyatda imtahan mütləqdir. Bütün insanlar həyatda imtahan olunacaqlar. Təbii ki, bu imtahanın müxtəlif səbəbləri var və onun əsas məqsədi mənəvi inkişaf və insanın ruhunun kamilləşməsidir. İnsanın dünyadakı mövqeyi imtahanlarla yüksəlir ki, bu da onun mənəvi və əbədi taleyində rol oynayır.

Bu imtahanlar müxtəlif sahələr üzrə baş verir. İnsanın gah sərvəti azalır, gah da xəstələnir. Allah bu sınaqlara görə mükafat nəzərdə tutub. Amma bu mükafat sıradan deyil.

Bu və bir çox başqa ayələrə əsasən, çətinlikdə səbir edənin savabı saysız-hesabsızdır: "De: Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun!Bu dünyada yaxşılıq edənlərüçün gözəl mükafat vardır. Allahın yeri genişdir.Şübhəsiz, səbirlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir." (Zumər surəsi, ayə 10).

Bəzən Allah insanı məqam, var-dövlət, və rifah kimi rahatlıq və imkanlarla imtahan edər ki, görsün, belə bir məqamda insan Allaha həmd edər, yoxsa Allahı unudar. Ona görə də insan ya şükür edənlərdən, ya da səbir edənlərdən olmalıdır.

Səbirli olanlar o şəxslərdir ki, səbir onların vücudunda hakim olsun. İnsan yalnız müəyyən hallarda səbir etsə, səbirli olmaz. Daha doğrusu, səbir sifəti onun varlığına nüfuz etmiş olmalıdır.

Bütün bunlar insanın hansı yolu seçdiyini, səbirli və şükür edib-etmədiyini öyrənmək üçün həyatda insanı sınamaq üçün səbəblərdir.

Səbrin və şükrün yeri

İlahi imtahanlardan biri də Allahın insana dünyada verdiyi mövqedir. Ənam surəsinin 165-ci ayəsində buyurur: "Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən dərəcələrlə üstün edən Odur. Doğrudan da Rəbin tez cəza verəndir və həqiqətən elə O, çox bağışlayan və mehribandır".

Siyasi və rəhbər vəzifəyə çatanda diqqətli olmaq lazımdır. Çünki bu məqamlar imtahan üçündür. Onun xalq üçün nə etdiyini görmək üçün səlahiyyətli şəxslər təyin olunub.

Ona görə də biz özümüzü ilahi imtahanlara hazırlamalı və bilməliyik ki, hər bir qərar və davranışımızda imtahan olunuruq. Şükür etsək; İlahi nemətlər artır. Amma şükür etməsək, nemətlər bizdən uzaqlaşar. Əgər səbr etsək, bizi dünyada və axirətdə çoxlu nemətlər gözləyir:

"Əgər şükr etsəniz, sizə mütləq artıraram və əgər küfr etsəniz, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir."

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031