Ümidsizliyin hündür divarında bir pəncərə
Mьəllif: Admin
Tarix: 30-04-2022, 11:57
Ümidsizliyin hündür divarında bir pəncərə
Hər bir insan həyatında böyük iztirablara səbəb olan uğursuzluq anları yaşamışdır. Bu zamanda, ümidsizliyin intensivliyi bəzən o qədər böyük olur ki, heç bir həll yolu yoxdur. Bu iztirab daim dərinləşir və bu hissi dəyişdirmək və dayandırmaq üçün hər hansı bir imkan itirilir.

Bu hiss niyə bizə gəlir? Çünki "kimə ümid edirəmsə, ondan cavab ala bilməyəcəm". "Böyük müsibətlərim var". "Mənim səhvimi görməzdən gəldilər və mən rüsvay oldum. "Möhlətim var idi, özümə gəlmədim". "Gözdən düşdüm". "Heç kim mənim səhvimi bağışlamır və məni rüsvay etdir" və... .

Yaranmasında mənim də rol aldığım bu mənfi dalğalar, təbii ki, varlığımı bürüyüb. Mən isə məyus oluram ki, kimsə mənim bəhanələrimi eşidir, bədbəxtliklərimə görə dərdimə şərik olur. Nəhayət məni o qədər saf qəbul edir ki, sanki heç bir səhv etməmişəm. Buradadır ki, o şəxsi axtarıram ki, çağıram və deyəm:

"Sənin lütfün və səbrin məni davranışımla mühakimə etməkdən və ya səhvlərimə görə məni alçaltmaqdan daha böyükdür. Mən təklikdə utanmadım və aşkarda itaət etmədim. Bəs məndən pis kim var? Sən ki, bağışlayansan, məni danlama. Davranışımın acı nəticələrindən qorxsaydım, çəkinərdim. Amma mən Sənin kimi qüsurları örtən və təmizləyən bir xeyirxah gördüm deyə belə etdim. Səhvləri təkrarlasam da, əminəm ki, Sən səbirlisən və əzab verməyə tələsməyəcəksən.

Bu sözləri kimə ünvanlamaq olar? Məhz eyni cümlələr miladi təqvimi ilə 714-cü ildə İmam Zeynul-Abidinin (ə) dilindən həyəcanverici bir dua şəklində nəql edilmişdir. O, Rəbbinə belə deyir:

"Uşaqlıqda öz nemətlərinlə məni böyütdün, böyüklükdə mənə hörmət və abır verdin. Sən mənə nemət verdin və mənə ölümdən sonra daha yaxşı bir həyat vəd etdin. Səndən tanşlığım, Sənə tərəf olan yolgöstərənimdir.

Sənə olan məhəbbət mənim xilaskarımdır. Mən Səninlə günahın susdurduğu bir dillə, amma qorxan, ehtiyaclı və ümidli danışıram. Mən Səni cinayətlə məhv olmuş bir ürəklə çağırıram.

Ya Rəbbim! Mən günahlarımdan qorxuram və Sənin böyüklüyünə tamah edirəm. Əgər bağışlasan, bu, Sənin mərhəmətindəndir, əzab versən, zülm etməmisənn. Bu həyasızlıqda xilasım Sənin mehribanlığındır. Ümid edirəm məyus etməyəsən. Ey çağırılanların ən yaxşısı, ümidimi qırma və dualarımı eşit.

Mənə qarşı səbir etdiyinə görə Allaha həmd edirəm, sanki heç bir günahım yoxdur. İlahi, mən Sənə tərəf gedən hər yolu açıq görürəm. Səndən kömək istəməkdə qəbahət yoxdur. Sənə edilən duanın qapıları hər zaman açıqdır. Mən çox yaxşı bilirəm ki, ümidli insanı qəbul etməyə hazırsan...".

İmam Hüseynin (ə) oğlu İmam Səccad (ə) bu sözlərlə "Əbu Həmzə Somali" duası kimi tanınan bu duada təcrid zülmətindən və bəşəriyyətin iztirablarının çıxılmaz nöqtələrindən qurtuluş yolunu açır. Həmçinin Quranda rəhməti müxtəlif sözlərlə ifadə olunan Allaha xitab edərək, ilahi dünyagörüşünün gözəlliklərini dua şəklində ifadə edir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031